Məhkəmə qərarları › İş №2(062)-1035/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1035/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1035/2023 03.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı MMC-nın Cavabdeh qarşı “borc tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC xx.xx.2023-cü il tarixdə müraciət edərək Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağıanmış VİP 18282 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 194 ABŞ dolları əsas (qalıq) borcun və ödinişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində 49 ABŞ dolları cərimə, cəmi 243 ABŞ dolları və 30 manat dövlət rüsumu pulun İddiaçı MMC-nın xeyrinə tutulması barədə qətnamə çıxareılmasını xahiş etmişdir. İddiaçı MMC-nın direktoru X1 məhkəməyə ərizə göndərək iddia ərizəsinə baxılmadan geri gaytarımasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdrhin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsini onların hazırkı işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı MMC-nın Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar