Məhkəmə qərarları › İş №2(062)-1040/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1040/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1040/2023 28.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 683 manat əsas, 102,4 manat cərimə, cəmi 785,4 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 297,9 manat əsas, 44,6 manat cərimə, cəmi 342,5 manat, iki müqavilə üzrə olan borcu 980,9 manat əsas, 147 manat cərimə, cəmi 1127,9 manat borcun və 31.28 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "SAMSUNG" markalı mobil telefona və stikerə "AİVA" markalı qulaqlığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 77 manat olmaqla cəmi 919,4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “HONOR” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla cəmi 399,9 manat, ümumilikdə iki müqavilə üzrə 1319,3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 16 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022ci il tarixdə 34 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 980,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1470 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1470 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 147 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 683 manat əsas, 102,4 manat cərimə, cəmi 785,4 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 297,9 manat əsas, 44,6 manat cərimə, cəmi 342,5 manat, iki müqavilə üzrə olan borcu 980,9 manat əsas, 147 manat cərimə, cəmi 1127,9 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) aıqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən "SAMSUNG" markalı mobil telefonu və stikerə "AİVA" markalı qulaqlığı 919.4 manata (12 ay x 77 manat olan) almışdır. xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) aıqı-satqı müqaviləsinə əsasən “HONOR” markalı qol saatını 399.9 manata (12 ay x 34 manat olan) almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən əsas borcun qalığı 683 manat, cərimə məbləği 1024 manat, gecikdirilən günlərin sayı 245 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 1707 manat; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən əsas borcun qalığı 297.9 manat, cərimə məbləği 446 manat, gecikdirilən günlərin sayı 245 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 743.90 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) aıqı-satqı Kredit müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 31.28 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 683 manat əsas, 102,4 manat cərimə, cəmi 785,4 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 297,9 manat əsas, 44,6 manat cərimə, cəmi 342,5 manat, iki müqavilə üzrə olan borcu 980,9 manat əsas, 147 manat cərimə, cəmi 1127,9 məbləğində borc və 31.28 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflər qətnamənin surətini aldıqları vaxtdan 1 ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov AZƏRBAYCAN RESPUBLİKASİ TOVUZ RAYON MƏHKƏMƏSİ AZ 6000, Tovuz şəhəri, A.Qasımov küçəsi 17 Tel: (0231) 5-00-20, 5-00-30 Elektron ünvan Faks: (0231) 5-30-26 İş № 2(062)-1040/2023 28 aprel 2023-cü il "xxxx" MMC-yə Ünvan: Bakı şəhəri, Nərimanov ray., Ə.Rəcəbli 1/9 Cavabdeh Ünvan: Tovuz ray, Dönük Qırıqlı kəndi, 4-cü küçə Tovuz Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(062)-1040/2023 nömrəli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad-02 vərəq, 01 nüsxə. Hakim: Zaur Hünmətov İş № 2(062)-1040/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Tovuz Rayon Məhkəməsi 28 aprel 2023-cü il Tovuz rayonu Hakim Hünmətov Zaur Adil oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini nəzərdən keçirərək prosessual hərəkətə başladı. Prosessual hərəkət saat 12:30-da başlandı. Məlum oldu ki, xx.xx.2022-ci il tarixli ********* saylı və xx.xx.2022-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC tərəfindən "SAMSUNG" markalı mobil telefon və stikerə "AİVA" markalı qulaqlığ və “HONOR” markalı qol saatı verilmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini icra etməkdən qaçırmışdır. Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 683 manat əsas, 102,4 manat cərimə, cəmi 785,4 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 297,9 manat əsas, 44,6 manat cərimə, cəmi 342,5 manat, iki müqavilə üzrə olan borcu 980,9 manat əsas, 147 manat cərimə, cəmi 1127,9 manat borcu yaranmışdır. Prosessual hərəkət saat 12:35-də başa çatdı. Hakim: Zaur Hünmətov 2(062)-1040/2023 SURƏTİ İCRAVƏRƏQƏSİ Tovuz Rayon Məhkəməsi 28 aprel 2023-cü il İddiaçı «İrşad Electronics” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işə baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 683 manat əsas, 102,4 manat cərimə, cəmi 785,4 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 297,9 manat əsas, 44,6 manat cərimə, cəmi 342,5 manat, iki müqavilə üzrə olan borcu 980,9 manat əsas, 147 manat cərimə, cəmi 1127,9 məbləğində borc və 31.28 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən müvafiq olaraq icra sənədinin icrası barədə məhkəməyə məlumat verilsin. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının nömrəsi – xx.xx.1982-ci ildə anadan olmuş Cavabdeh, ünvan 1 ünvanı, bankda hesablaşma hesabının nömrəsi – "xxxx" MMC Bakı şəhəri, Nərimanov ray., Ə.Rəcəbli 1/9 İcra vərəqəsi «28» may 2023-cü ildə verilmişdir. M.Y. Hakim: Zaur Hünmətov AZƏRBAYCAN RESPUBLİKASİ TOVUZ RAYON MƏHKƏMƏSİ AZ 6000, Tovuz şəhəri, A.Qasımov küçəsi 17 Tel: (0231) 5-00-20, 5-00-30 Elektron ünvan Faks: (0231) 5-30-26 İş № 2(062)-1040/2023 28 may 2023-cü il Tovuz Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 Tovuz Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2(062)-1040/2023 nömrəli qətnaməsinin surəti icra edilməsi üçün Sizə göndərilir. Xahiş edirəm “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasını təmin edib nəticəsi barədə dərhal məhkəməyə məlumat verəsiniz. Qoşma: Qətnamənin surəti «02» vərəq, icra vərəqəsi «01» vərəq. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar