Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1047/2023 17.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı Maraqlı şəxs X2 iştirakları ilə, Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiqlənməsi“ barədə ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərzəçi İddiaçı Maraqlı şəxs X4 cəlb edərək “barışıq sazişinin təsdiqlənməsi“ barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən 08 dekabr 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı məhkəmə iclasında iştirak etdi və ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, maraqlı şəxs X7 alimenti vaxtında ödəyir. Sadəcə olaraq iş üzrə məhkəmə qətnaməsi çıxarılaraq həmin qətnamənin icrasına icra məmurları tərəfindən nəzarət edilməsini xahiş edir. Maraqlı şəxs X7 məhkəmə iclasında iştirak etdi və izahatında gösdərdi ki. Tovuz 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli barışıq sazişi üzrə olan öhdəliyini tam olaraq icra edir. İddiaçı aliment borcu qalmamışdır. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Tovuz 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli barışıq sazişindən tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X8 və xx.xx.2013-cü ildə anadan olmuş X1 anası İddiaçı yanında və himayəsində saxlanılmasına, xx.xx.2010-cu ildə anadan olmuş X8 və xx.xx.2013-cü ildə anadan olmuş X1 adlı uşaqların 18 yaşına çatanadək saxlanması üçün atası X2 hər ay hər növ qazancının sabit məbləğdə hər uşaq üçün 50 manat cəmi 100 manat məbləğində aliment alınaraq anası İddiaçı verilməsinə dair qərar vermişdir. Hər iki tərəf İddiaçı Tovuz rayonun Qədirli kəndində yerləşən X5 məxsus yaşayış evinə köçürülməsinə və orada yaşamasına qərar verilmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış Tovuz 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli barışıq sazişındə göstərilən tələbi tam təmin olunmuşdur. Belə olan halda barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi təsdiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci madədsinə əsasən o halda ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunsun. Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiqlənməsi“ barədə ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardaddan, surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1047/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1047/2023
17.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver