Məhkəmə qərarları › İş №2(062)-1069/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1069/2023

22.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1069/2023 22.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakıları ilə, İddiaçı cavabdeh X3 qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona borclu olduğu 755 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, məişət avadanlıqları satmaqla kiçik sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Cavabdehi də həmin vaxt tanımışdır. Cavabdeh ilə aralarında olan 14 iyun 2022-ci il tarixli nisiyə satış müqaviləsinə əsasən 1 ədəd Samsung A12 32 GB markalı mobil telofonu 605 manata satmışdır. Həmin məhsul üzrə cavabdeh ona 2022-ci ilin iyul ayında 55, avqust ayında 50 manat, sentyabr ayında 50 manat, oktyabr ayına 50 manat, noyabr ayında 50 manat, dekabr ayında 50 manat olmaqla cəmi 305 manat pul ödəmişdir. Həmin müqavilə üzrə ona 300 manat borcu qalmışdır. Bundan başqa cavabdehlə 28 oktyabr 2022-ci il tarixdə yeni nisiyə satış müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdeh ondan dəyəri 455 manat olan Xiaomi Redmi A1 32 GB markalı mobil telefon almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh ona 2022-ci ilin dekabr ayından başlayaraq 7 ay olmaqla hər ay ona 65 manat pul ödəməli idi. Lakin cavabdeh həmin müqavilə üzrə olan məhsul üçün olan borcundan heç bir ödəniş etməmişdir. Beləliklə cavabdeh ona 755 manat borcu yaranmışdır. Cavabdehə borcunu ödəməyi tələb etsə də buna heç məhəl qoymamışdır. O, isə məcbur qalıb məhkəməyə müraciət edir. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdirdi ki, cavabdeh borcundan 132 manat ödəmişdir. Cavabdehdən 623 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş 14 iyun 2022-ci il tarixli nisiyə satış müqaviləsindən görünür ki, Murad Elektronics tərəfindən 1 ədəd Samsung A12 32 GB markalı mobil telofonu 605 manata satmışdır. İşə əlavə olunmuş 28 oktyabr 2022-ci il tarixli nisiyə satış müqaviləsindən görünür ki, Murad Elektronics tərəfindən Xiaomi Redmi A1 32 GB markalı mobil telefonu 455 manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, X5 müqaviləyə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 623 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 623 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar