Məhkəmə qərarları › İş №2(062)-1074/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1074/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1074/2023 01.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2625.75 manat əsas, 341.28 manat faiz, cəmi 2967.03 manat borcun və 49.67 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK6151829A182 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faizlə, 48 ay müddətinə, 2625.75 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərlərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə Kapital Bank ASC-yə 2625.75 manat əsas, 341.28 manat faiz, cəmi 2967.03 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına olunmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli, RGTK6151829A182 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən illik 20 faizlə, 48 ay müddətinə, 2625.75 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 2625.75 manat əsas, 341.28 manat faiz, cəmi 2967.03 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ vardır. İşin faktiki hallarından görünür ki, Cavabdeh müvafiq olaraq kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 49.67 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 2625.75 manat əsas, 341.28 manat faiz, cəmi 2967.03 manat pul vəsaitinin və 49.67 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov AZƏRBAYCAN RESPUBLİKASİ TOVUZ RAYON MƏHKƏMƏSİ AZ 6000, Tovuz şəhəri, A.Qasımov küçəsi 17 Tel: (0231) 5-00-20, 5-00-30 Elektron ünvan Faks: (0231) 5-30-26 İş № 2(062)-1074/2023 27 aprel 2023-cü il İddiaçı ASC-yə Ünvan: Bakı şəhəri, Füzuli küçəsi 71 Cavabdeh Ünvan: Tovuz rayonu, Düz Qırıqlı kəndi Tovuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(062)-1074/2023 nömrəli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad-01 vərəq, 01 nüsxə. Hakim: Zaur Hünmətov İş № 2(062)-1074/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Tovuz Rayon Məhkəməsi 27 aprel 2023-cü il Tovuz rayonu Hakim Hünmətov Zaur Adil oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini nəzərdən keçirərək prosessual hərəkətə başladı. Prosessual hərəkət saat 12:40-da başlandı. Məlum oldu ki, xx.xx.2022-ci il tarixli, RGTK6151829A182 kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 20 faizlə, 48 ay müddətinə, 2625.75 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini icra etməkdən qaçırmışdır. Cavabdeh banka kredit müqaviləsi üzrə 2625.75 manat əsas, 341.28 manat faiz, cəmi 2967.03 manat borcu yaranmışdır. Prosessual hərəkət saat 12:45-də başa çatdı. Hakim: Zaur Hünmətov 2(062)-1074/2023 SURƏTİ İCRAVƏRƏQƏSİ Tovuz Rayon Məhkəməsi 27 aprel 2023-cü il İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işə baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2625.75 manat əsas, 341.28 manat faiz, cəmi 2967.03 manat pul vəsaitinin və 49.67 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən müvafiq olaraq icra sənədinin icrası barədə məhkəməyə məlumat verilsin. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının nömrəsi – xx.xx.1982-ci ildə anadan olmuş Cavabdeh, Tovuz rayonu, Düz Qırıqlı kəndi Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının nömrəsi – İddiaçı ASC, Bakı şəhəri, Füzuli küçəsi 71 İcra vərəqəsi «26» may 2023-cü ildə verilmişdir. M.Y. Hakim: Zaur Hünmətov AZƏRBAYCAN RESPUBLİKASİ TOVUZ RAYON MƏHKƏMƏSİ AZ 6000, Tovuz şəhəri, A.Qasımov küçəsi 17 Tel: (0231) 5-00-20, 5-00-30 Elektron ünvan Faks: (0231) 5-30-26 İş № 2(062)-1074/2023 26 may 2023-cü il Tovuz Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 Tovuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(062)-1074/2023 nömrəli qətnaməsinin surəti icra edilməsi üçün Sizə göndərilir. Xahiş edirəm “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasını təmin edib nəticəsi barədə dərhal məhkəməyə məlumat verəsiniz. Qoşma: Qətnamənin surəti «01» vərəq, icra vərəqəsi «01» vərəq. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar