Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1097/2024 22.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(009)-2085/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş Yağmur adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat müəyyən edilməklə Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qediyyatından keçməklə evlənib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Yağmur adlı bir uşaqları anadan olmuşdur. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(009)-2085/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah qeydi pozulmuşdur. Birgə nikahlarından anadan olmuş uşağının saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilmişdir. Hal-hazırda cavabdeh işsizdir. İşdən çıxdığı üçün o, alimenti vaxtı-vaxtında ala bilmir. Ona görə də hazırda ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddianı qəbul etmiş, iddianın təmin olunmasına etiraz etməmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(009)-2085/2022 saylı qətnaməsin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması müəyyən edilməklə, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi qaydada evlənib ailə qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Yağmur adlı bir uşaqları anadan olmuşdur. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(009)-2085/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Birgə nikahlarından anadan olmuş uşağının saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilmişdir. Hazırda iddiaçı alimentin tutulması formasının dəyişdirilərək sabit pul məbləğində aliment təyin xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 235 manat aliment alınıb xx.xx.2019-cu il tarixdə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşaqların mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(009)-2085/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma forması dəyişdirilərək sabit pul formasında müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat aliment alınaraq İddiaçı verilsin. X2 60,80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1097/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1097/2024
22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver