Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1102/2023 05.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 manat məbləğində pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri 38-ci hərbi şəhərcikdə yerləşən 403 saylı binanın 5 saylı mənzilində yaşayır. Cavabdehın qızı X6 pensiya düzəltmək adı ilə onun etibarından sui istifadə edərək ondan 4100 manat pul alıb mənimsəmişdir. Şikayəti əsasında onun barəsində Gəncə şəhər Baş Polis İdarəsində dələduzluqla bağlı cinayət işi başlanaraq baxılması üçün Gəncə şəhər Məhkəməsinə təqdim edilmişdir. Gəncə şəhər məhkəməsi tərəfindən X6 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən narazı qalan X6 apellyasiya şikayəti vermişdir. Bundan sonra Nazakətin anası Cavabdeh ona müraciət edərək X3 ona olan borcunu hər ay 100 manat olmaqla ödəməyi öz üzərinə götürərək və bununla bağlı notariat kontorunda rəsmi qaydada ərizə vermişdir. Bundan sonra apellyasiya məhkəməsində X2 şikayətçi olmadığını bildirərək bununla bağlı məhkəmə prosesində hakimlərə ərizə təqdim etmişdir. Buna görə də X3 barəsində Gəncə şəhər məhkəməsinin azadlıqdan məhrum etmə ilə bağlı hökmü Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək X4 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərək məhkəmə zalından azad olunmuşdur. Lakin 15 noyabr 2022-ci il tarixdən hal-hazırkı vaxtadək cavabdeh tərəfindən ona cəmi 100 manat pul ödəmişdir. Dəfələrlə cavabdehə öhdəsinə götürdüyü 4100 manat pul borcunu ödəməyi bildirsə də müxtəlif bəhanələr edərək ödəməkdən yayınmışdır. Ona görə də mübahisənin məhkəmə yolu ilə həll olunması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə verdi və iddianı qəbul etmədi, izahatında göstərdi ki, qızı X6 azadlıqda olarkən İddiaçı olan borcunu hissə-hissə ödəməyə başlamışdır. Lakin ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və həbs olunmuşdur. O, hazırda Gəncə şəhər istintaq təcridxanasında saxlanılır. X1 Adil Qəməndər oğluna olan borcunu üzürlü səbəbdən ödəyə bilmir. O Nəzakətin borcunu ödməsinə dair iddiaçı qarşısında öhdəlik götürsə də, hesab edir ki, qızı cəzasını çəkdikdən sonra özü borcunu ödəyəcəkdir. Ona görə də, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Gəncə şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş ərizədən görünür ki, X3 İddiaçı 4100 manat borcu vardır. Həmin borcu ödəmədiyi üçün təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. X6 azadlığa buraxılandan sonra İddiaçı olan 4100 manat borcunu hər ay 100 manat olmaqla hissə-hissə ödəməkdən yayınarsa həmin borcun ödənilməsini Cavabdeh öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdehin qızı arasında 4100 manat məbləğində pul münasibələrinin olması, hazırda isə 4000 manat pulun iddiaçıya ödənilməli olması işin mübahisəsiz halıdır. Mübahisə ondan ibarətdir ki, X6 borcu ödəmədiyi təqdirdə həmin borcun Cavabdeh tərəfindən ödənilməsi şərtləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Qeyd edilən Məcəllənin 432.2-ci maddəsinə görə əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh Gəncə şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfənindən təsdiq olunmuş ərizə ilə İddiaçı 4100 manat borcu olduğu və həmin borcu hər ay 100 manat olmaqla ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Lakin Cavabdeh öhdəliyə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4000 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4000 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X5 xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1102/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1102/2023
05.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver