Məhkəmə qərarları › İş №2(062)-1168/2025

Tovuz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(062)-1168/2025

28.02.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Tovuz rayon İş № 2(062)-1168/2025 28.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu, Tovuz rayonu Ağdam kəndində yaşayan kreditor X1 Borclu «alimentin tutulması» haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Kreditor X3 Borclu xx.xx.2017-ci ildə anadan olmuş Zəhra, xx.xx.2017-ci ildə anadan olmuş Zara və xx.xx.2021-ci ildə anadan olmuş Nihad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün borclunun qazancının və digər gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin tutulması haqqında məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir (Mülki Prosessual Məcəllənin 275.1 və 275.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 276.2.4-cü maddəsinə əsasən, tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Zəhra, xx.xx.2017-ci ildə Zara və xx.xx.2021-ci ildə Nihad adlı uşaqları anadan olmuşdur. Ərizəçi uşaqları təkbaşına böyüdür, borclu könüllü aliment ödəmək istəmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 uşağa görə—qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi miqdarda aliment tutulur. Hesab edirəm ki, ərizəçi X1 ərizəsi təmin olunmalı və Borclu xx.xx.2017-ci ildə anadan olmuş Zəhra, xx.xx.2017-ci ildə anadan olmuş Zara və xx.xx.2021-ci ildə anadan olmuş Nihad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün borclunun qazancının və digər gəlirlərinin 1/2 hissəsi miqdarında aliment alınaraq ərizəçinin xeyrinə verilməsinə dair məhkəmə əmri verilməlidir. Eyni zamanda məhkəmə əmri dərhal icra olunmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 284.1-ci maddəsinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz və həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin alimentin tutulması ərizənin məhkəməyə verildiyi vaxtdan tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa Azərbaycan Respublikasının « Dövlət rüsumu haqqında » Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq Ə m r e t d i m: xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.1986-cı ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Borclu xx.xx.2017-ci ildə anadan olmuş Zəhra, xx.xx.2017-ci ildə anadan olmuş Zara və xx.xx.2021-ci ildə anadan olmuş Nihad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün borclunun qazancının və digər gəlirlərinin 1/2 hissəsi miqdarında aliment alınaraq tələbkar X2 verilsin. Borclu 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmrinin alimentə aid hissəsi dərhal icra olunsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verilmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar