Məhkəmə qərarları › İş №2(062)-1215/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1215/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1215/2023 17.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCnin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LK 224-ist/22-B saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 224-ist/22-B saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 5605.14 manat əsas, 410,62 manat faiz və 687,16 manat cərimə borcu olmaqla cəmi 6702.92 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 87.03 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 224ist/22-B saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli LK 224-ist/22-B saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 5605.14 manat əsas, 427,16 manat faiz və 687,16 manat cərimə borcu olmaqla cəmi 6719.46 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 87.17 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC –nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 224-ist/22-B saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 17,7% olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli İK 224-ist/22-B saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 5605.14 manat əsas, 410,62 manat faiz və 687,16 manat cərimə borcu olmaqla cəmi 6702.92 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbardarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabdehsiz qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iştirak etdi, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 224-ist/22-B saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə kreditdən istifadəyə görə illik faiz dərəcəsi 17,7 faiz olmaqla, 24 ay müddətinə 8000 manat məbləğində kredit vermişdir. İddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən adı çəkilən şəxs borc alanın öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 5605.14 manat əsas, 427,16 manat faiz və 687,16 manat cərimə borcu olmaqla cəmi 6719.46 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 741, 470 və 472-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü tələb əsaslıdır, lakin 687,16 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 69 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış 87.17 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilsin. 5605.14 manat əsas, 427,16 manat faiz və 60 manat cərimə borcu olmaqla, cəmi 6092.30 (altı min doxsan iki manat otuz qəpik) məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC –yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar