Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1300/2024 15.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X3, xx.xx.2020-ci ildə anadan olmuş X2, xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Tovuz rayon Mediasiya şöbəsinin xx.xx.2023-cü il tarixli barışıq sazişindəki 130 manat məbləğin artırılaraq hər ay hər uşağa görə 235 manat, əlavə olaraq birgə nikahlarından anadan olmuş Muradın 3 yaşına çatanadək 100 manatda əlavə xərclərə cəlb olunması və sözügedən məbləğlərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-649/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahlarından 3 uşağı olmuşdur. xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci ildə anadan olmuş X2, xx.xx.2023-cü il tarixdə anadan olmuş X4. Tovuz 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən uşaqlar onun himayəsinə verilmiş və uşağın saxlanılması üçün hər ay hər uşağa 130 manat aliment alınıb ona verilməsi razılığna gəlmişlər. Hazırda həmin məbləğ kifayət etmir. Cavabdeh isə heç bir əlavə maddi yardım göstərmir, həmçinin uşağın biri xəstədir. Bundan sonra alimentin artırılması ilə bağlı mediasiya müraciət etmişdir.Cavabdeh alimentdən başqa uşaqların saxlanılmasında heç bir köməklik etmir, hazırda həmin məbləğdə olan alimentlə uşaqları saxlamaqda və maddi ehtiyaclarını təmin etməkdə çox çətinlik çəkir. Belə ki, alimentlə bağlı ildən ilə yaşayış minimumu qalxır, uşaqlar böyüdükçə də maddi ehtiyacları da artmışdır. Bundan əlavə fiziki sağlamlığı yerində deyil, onun əlavə xərclərinə çıxır. Əlavə xərclə bağlı tələbi olmamış, lakin hazırda ehtiyacı vardır. Ona görə də, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci ildə anadan olmuş X2, xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Tovuz rayon Mediasiya şöbəsinin xx.xx.2023-cü il tarixli barışıq sazişindəki 130 manat məbləğin artırılaraq hər ay hər uşağa görə 235 manat, əlavə olaraq birgə nikahlarından anadan olmuş Muradın 3 yaşına çatanadək 100 manat pulun alınıb ona verilnəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə X3, xx.xx.2020-ci ildə X2, xx.xx.2023-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan barışıq sazişindən görünür ki, tərəflərin rəsmi nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X3, xx.xx.2020-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş X3, xx.xx.2020-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat, cəmi 390 manat alimentin İddiaçı verilməsi, Cavabdeh övladları Yusif, Fatimə və Murad ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a qədər görüşüb, ünsiyyətdə olması, MəmmədovaFəridə Fərman qızına məxsus cehiz əşyalarının gəlin köçdüyü evdən çıxarılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X3, xx.xx.2020-ci ildə anadan olmuş X2, xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə araşdırılması zamanı, o cümlədən məhkəmə iclasında cavabdehin gəlir və vergi məlumatlarına elektron məhkəmə informasiya sistemi vasitəsilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla mütəmadi olaraq ölkə hüdudlarından kənara hava yollarından istifadə etməklə səyahətlər edir ki, bu da onun maddi cəhətdən müəyyən imkana malik olmasının göstəricisidir. Bu kimi imkanlara malik olan aliment ödəyicisinin bir uşaq üçün 190 manat aliment ödəmək imkanı da qaçılmaz görünür. Bu növ işlərdə cavabdehin qazancının müəyyən edilməsi iddiaçı üçün çətinlik yaratdığından məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olan aliment ödəyicisi özü sübut etməlidir ki, o aktiv vergi ödəyicisi olmaqla sahibkar olsa da, onun gəlirləri təmin edilən alimenti ödəmək üçün yetərli deyildir. Cavabdeh tərəfindən belə bir sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq hesab edir ki, xx.xx.2018ci ildə anadan olmuş X3, xx.xx.2020-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 570 manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-cü fəslində ər-arvadın və keçmiş ərarvadın aliment öhdəlikləri nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqları doğulduğu gündən üç il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya uşağın 3 yaşına çatanadək aliment ödəməyi üçün iddiaçının səbəbi əsaslı olmaqla qanunauyğundur. Belə ki, işin hallarından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, uşağın ciddi və davamlı tibbi müayinəyə ehtiyacı vardır. Ona görə də 26 mart 2023-cü ildə anadan olmuş X1 3 yaşına çatanadək Cavabdeh İddiaçı üçün 60 manat məbləğində aliment tutulmalıdır. Alimentin məbləğinə aid qalan hissə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin və artırılmış hissənin məcmusu 1000 manatdan yuxarı, cəmi 2880 manat təşkil edir. Ona görə də Cavabdeh 48 manat 80 qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2018-ci ildə anadan olmuş X3, xx.xx.2020-ci ildə anadan olmuş X2, xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, cəmi 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment və 26 mart 2023-cü ildə anadan olmuş X1 üç yaşına çatanadək saxlanılmasına görə ana üçün hər ay 60 manat aliment alınaraq İddiaçı verilsin. Alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. X1 üç yaşına çatanadək saxlanılmasına görə ana üçün hər ay 60 manat alimentin alınmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 48 (qırx səkkiz ) manat 80(səksən)qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1300/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1300/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver