Məhkəmə qərarları › İş №2(062)-1320/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1320/2025

08.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1320/2025 08.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı cavabdehlərlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Tovuz rayonu Qovlar şəhər qəbiristanlığında yerləşən “Ritual” qəbir daşları sexindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə vəfat edən həyat yoldaşı X1 aid olan və illərlə fəaliyyətini həyata keçirmiş olduğu Tovuz rayonu Qovlar şəhər qəbiristanlığında yerləşən “Ritual” daş sexində cavabdehlərin ucbatından iş görülmür. Ailənin tək qazanc yeridir. Qovlar bələdiyəsi tərəfindən ayrı-ayrı illərdə yoldaşına və oğluna, yəni ailə üzvlərinə sahibkarlıq fəaliyyəti üçün icarəyə verilən həmin qəbiristanlıqda torpaq üzərində yerləşən daş sexində qazanca görə hər zaman vergi, icarə haqqı, DSMF ödənişlərini vaxtında həyata keçirmişlər. Mərhum yoldaşı tərəfindən orada transfarmator qoyulub, bələdiyyə rəsmi icazə verib, 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən elektrik təchizatına dair işçi layihə təsdiq edilib, 2007-ci ildə “X4 Təchizatı” MMC tərəfindən texniki şərt verilib. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini və mülki işə iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Tovuz rayon VVAQ şöbəsinin xx.xx.1990-cı il tarixli, 391780 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı İskəndər qızı arasında nikah bağlanmışdır. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli AZ-İİ 318957 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Dövlət Tikinti və Arxitektura Komitəsinin LA-05-061 qeydiyyat nömrəli 015146 lisenziya nömrəli işçi layihəsindən görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən “Ritual” sexinə xarici elektrik təhcizatı ilə təmin olunmuşdur. İş materiallarında olan Sənaye və Energetika nazirliyi “Dövlət Enerjinəzarət” idarəsinin xx.xx.2008-ci il tarixli İstismara buraxılma aktının surətindən görünür ki, Tovuz rayonu Qovlar qəsəbə sakini X1 məxsus Qovlar qəsəbə bələdiyyəsindən icarə götürdüyü Ritual sexin enerji təchizatının istismara buraxılması üçün tərttib edilmişdir. İş materiallarında olan Qovlar Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli Arayışının surətindən görünür ki, verilir X1 ondan ötəri ki, Qovlar qəsəbə qəbiristanlığının hasarı daxilində qəbir daşları hazırlayan sexi var və həmin sexin oturduğu sahə ilə birlikdə ona qəbir daşlarının hazırlanması üçün 0.10 ha müvəqqəti torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 24 nömrəli müqavilənin surətindən görünür ki, Tovuz rayon Qovlar Bələdiyyəsi ilə X3 arasında bir il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 18 nömrəli müqavilənin surətindən görünür ki, Tovuz rayon Qovlar Bələdiyyəsi ilə X3 ilə bir il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 12 nömrəli müqavilənin surətindən görünür ki, Tovuz rayon Qovlar Bələdiyyəsi ilə X3 ilə bir il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan Qovlar Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli Arayışının surətindən görünür ki, verilir, X1 ondan ötəri ki, onun yeni quraşdırmış olduğu ”Retual” sexin elektrik xəttinin keçdiyi sahə Qovlar bələdiyyəsi ilə razılaşdırılmışdır. İcarə haqqında Azərbaycan Respublikası Qanunun 13-cü madədsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Göründüyü kimi hazırki iş üzrə iddiaçı icarəçinin arvadı olmaqla, digər cavabdehlərə münasibətdə üstün icarə müqaviləsi bağlamaq hüququna malik olmaqla, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından məhkəmə hesab edir ki, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Yuxarıda qeyd edilən Qanunun 1-ci maddəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Hazırkı mülki iş üzrə iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Tovuz rayonu Qovlar şəhər qəbiristanlığında yerləşən “Ritual” qəbir daşları sexinə maneənin aradan qaldırılması və qanunsuz müdaxilələrinə son qoyulmasını xahiş etmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına göstərilən hüquq normalarını tətbiq edərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə vəfat edən həyat yoldaşı X1 icarə hüququ əsasında məxsus olan Tovuz rayonu Qovlar şəhər qəbiristanlığında yerləşən “Ritual” daş sexinə cavabdehlərin hər hansı hüquqlarının olması müqəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tovuz rayonu Qovlar şəhər qəbiristanlığında yerləşən “Ritual” qəbir daşları sexində cavabdehlərlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələrin yaradılması qadağan edilsin və onların qanunsuz müdaxilələrinə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar