Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1374/2023 04.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2524 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təxminən iki il olar ki, fərdi olaraq Azərlotereyanın rəsmi qiymətli kağızı hesab olunan poz-qazan lotereyasının alqı-satqısı ilə məşğul olur. Tovuz rayonu Qovlar şəhər sakini Cavabdeh 7 aydır ki, ondan nisiyə olaraq poz-qazan lotreyası alıb üzərinə müəyyən məbləğdə qoyaraq satmış, ondan sonra onun pulunu ödəyirdi. 2023-cü ilin fevral ayında Camal əvvəlki borcunu ödəmədən yenə nisiyə olaraq lotareya almışdır. 2023-cü ilin aprel ayının əvvəllərində Camalın Bakı şəhərinə getdiyini eşitmiş, onun mobil telefonuna zəng etsədə ona zəng catmamışdır. Bir neçə gün əvvəl yenə onunla əlaqə saxlamaq istəmiş, yenədə ona zəng çatmamışdır. Camalın ümumilikdə ona 3460 manat məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə o, Qovlar PB-nə ərizə ilə müraciət edərək Camalın barəsində şikayət etmiş və həmin gün Camal qonşusundan ona 801 manat dəyərində poz-qazan lotereyası və 135 manat pul göndərmişdir. Cəmi 936 manat pul borcunu qaytarmış 2524 manat borcu qalmışdır. Cavabdeh borcunu ödəməkdən yayınaraq boyun qaçırmışdır. Bu günədək qalan borcunu ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş 14 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, Cavabdeh İddiaçı 2524 manat olan borcunu etiraf etmiş və həmin məbləği hər ay 500 manat olaraq ödəməyə öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 605-ci maddəsinə görə əşyaların alğı-satqısı haqqında müddəalar auksion satışı çərçivəsində, icraat və ya digər məhkəmə tədbirləri əsasında əşyaların əldə edilməsinə, habelə qiymətli kağızların və ya ödəniş vasitələrinin və elektrik enerjisinin əldə edilməsinə tətbiq olunmur. Məhkəmə hesab edir ki, lotereya ilə bağlı münasibətlərə alğı-satqı ilə bağlı müddəlar tətbiq edilməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən Məcəllənin 600.2-ci maddəsinə görə isə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Adı çəkilən Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı nisiyə olaraq 3460 manat dəyərində poz-qazan latereyası almışdır. Həmin məbləğdən 936 manat qaytarmış və 2524 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2524 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2524 manat məbləğində pul və 46 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1374/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1374/2023
04.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver