Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-140/2025 17.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi «şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi» ərizə ilə məhkəməyə müraciət edərək əri xx.xx.1951-ci il təvəllüdlü X7 itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X8 ilə 03 sentyabr 1979-cu ildə nikahlarını qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. X6 işləmək üçün xx.xx.2000-ci ildə Rusiya Federasiyasının Nalçik şəhərinə getmişdir. O, axırıncı dəfə əri Məmməd ilə xx.xx.2001-ci il tarixdə əlaqə saxlamışdır. Həmin vaxtdan sonra əri Məmməd ilə tamami ilə əlaqələri kəsilmişdir. Bu günə kimi əri X5 heç bir məlumatı yoxdur. Bununla bağlı Tovuz rayon Polis şöbəsinə müraciət etmiş, yerini tapıb müəyyən etmək mümkün olmamışdır. Ona görə də, Maraqlı şəxsnə müraciət etmiş, ona bununla bağlı imtina verilmişdir. Hal-hazırda o, sənədləri düzəldə bilmir. X3 yeri müəyyən olunmadığı üçün itkin düşməsi ilə bağlı qərar lazımdır. Yaşadığı evin qazın, işığın, torpağın və evin bütün sənədlərini rəsmiləşdirə bilmir, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X5 qalan mirasın rəsmiləşdirilməsi üçün onun itkin düşməsi barədə qərar tələb olunur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X8 ilə Ərizəçi arasında Tovuz rayon Dönük Qırıqlı kənd icra nümayəndəliyində 09 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.1951-ci ildə doğulmuşdur. X4, anası X10r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli imtinasından görünür ki, xx.xx.1951-ci il tarixində anadan olmuş X7 ölümünü təstiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Tovuz rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Tovuz rayonu Dönük Qırıqlı kənd sakini, xx.xx.1951-ci il təvəllüdlü X7 barəsində ondan ötrü ki, o, xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Nalçik şəhərinə getmiş və axırıncı dəfə xx.xx.2001-ci il tarixdə ailəsi ilə əlaqəsi kəsilmişdir. Ona görə X7 barəsində Tovuz RPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə “Qohumluq əlaqələrinin itirilməsi barədə” axtarış işi açılmışdır. Keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq M.Məmmədovun hal-hazıradək yerinin müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş məktubun məzmunundan görünür ki, X7 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsində göstərilmişdir ki, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Mülki Məcəllənin 40.2-ci maddəsinə görə itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinin prosessual əsaslarını müəyyən edən Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 312-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsində göstərilmişdir ki, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X8 xx.xx.1979-cu il tarixdə Ərizəçi ilə nikaha daxil olmuşdur. X8 xx.xx.2000-ci ildə Rusiya federasiyasının Nalçik şəhərinə getmişdir. Həmin tarixdən bu yana X7 ölkə ərazisinə girişi müəyyən edilməmişdir. X8 ilə xx.xx.2001-ci il tarixdən sonra əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, X8 barəsində axtarış işi açılmışdır. Keçirilmiş axtarış tədbirlərinə baxmayaraq X7 tapılması mümkün olmamışdır. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır (Mülki Prosessual Məcəllənin 314.1-ci maddəsi). Məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün qanuni əsaslar vardır. Belə ki, ərizəçinin X6 xx.xx.2000-ci ildə Rusiya Federasiyasının Nalçik şəhərinə getmişdir. xx.xx.2001-ci il tarixdən onunla əlaqə saxlamaq mümkün olmamışdır. X1 harada olmasından məlumat yoxdur. Bir sözlə ondan xəbər alına bilmir. Barəsində polis orqanında açılmış axtarış işi üzrə aparılan tədbirlər də nəticə verməmiş, onun tapılması mümkün olmamışdır. Bu kimi hallar Mülki Məcəllənin 40.1-ci maddəsinin tətbiqini şərtləndirir. X2 olduğu yer məlum deyildir və o 24 ildən çox müddətdir ki, yaşayış yerində görünməmişdir. Mülki Prosessual Məcəllənin 315.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Sadalanan hüquq normalarını rəhbər tutaraq onların tələblərini mülki iş materialları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X8 itkin düşmüş hesab edilməlidir. «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Məhkəmə bir məqamı da qeyd edir ki, itkin düşmüş hesab edilən şəxsin olduğu yerin müəyyən edilməsi və ya onun gəlməsi hazırki məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Bu yanaşma Mülki Prosessual Məcəllənin 316-cı maddəsindən qaynaqlanır. Həmin normada təsbit edilmişdir ki, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi əri xx.xx.1951-ci il təvəllüdlü X8 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-140/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-140/2025
17.02.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver