Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1403/2023 31.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 427.9 manat əsas 64.1 manat cərimə cəmi 492 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı Miiddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 416.3 manat əsas 62.4 manat cərimə cəmi 478.7 manat borc ümumilikdə iki müqavilə üzrə 844.2 manat əsas, 126.5 manat cərimə, cəmi 970.7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "Foward" markalı velosipedə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla cəmi 599.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “4 ədəd Lassa” markalı avtomobil təkərinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 500.30 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 18 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 42 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 478.70 manat borcu qaytarmamışdır. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 427.9 manat əsas 64.1 manat cərimə cəmi 492 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı Miiddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 416.3 manat əsas 62.4 manat cərimə cəmi 478.7 manat borc ümumilikdə iki müqavilə üzrə 844.2 manat əsas, 126.5 manat cərimə, cəmi 970.7 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) aıqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən "Foward" markalı velosipedi 599.90 manata (18 ay x 34 manat olan) almışdır. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) aıqı-satqı müqaviləsinə əsasən “4 ədəd Lassa” markalı avtomobil təkəri 500.30 manata (12 ay x 42 manat olan) almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən əsas borcun qalığı 427.9 manat, cərimə məbləği 641.00 manat, gecikdirilən günlərin sayı 294 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 1068.90 manat; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən əsas borcun qalığı 416.3 manat, cərimə məbləği 624 manat, gecikdirilən günlərin sayı 209 gün, ümumilikdə İddiaçı MMC-yə olan borc 1040.30 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) aıqı-satqı Kredit müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 427.9 manat əsas 64.1 manat cərimə cəmi 492 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı Miiddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 416.3 manat əsas 62.4 manat cərimə cəmi 478.7 manat borc ümumilikdə iki müqavilə üzrə 844.2 manat əsas, 126.5 manat cərimə, cəmi 970.7 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflər qətnamənin surətini aldıqları vaxtdan 1 ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1403/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1403/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver