Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1407/2023 28.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu Ərizəçi İddiaçı “sübutların toplanması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi İddiaçı “sübutların toplanması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən mərhum qaynatası X2 və mərhum qaynanası X1 miras qalmış fərdi yaşayış evlərinin, ayrı-ayrı yerlərdə yerləşən kənd təsərrüfat təyinatlı pay torpaqlarının, həyatyanı torpaq sahəsinin və eləcə də köməkçi və yardımçı tikililərin ilkin və sonradan tərtib olunan sənədlərin DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən mirasa dair vərəsəlik şəhadətnamələrinin məhkəməyə təqdim olunması, həm onun, həm də X3 istifadəsində olan torpaq sahəsinin yerində, xüsusi bilik tələb edən mütəxəssislər tərəfindən araşdırılaraq müəyyən olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, ərizəsinin qəbulundan imtina edilməli və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 85.1-ci maddəsində göstərilmişdir ki, özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən, Məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, Ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir. Ərizəçi İddiaçı hazırkı ərizəsində təmin edilməli sübutlarla təsdiq edilməli olan hallar, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğunu göstərməmişdir. Ümumiyyətlə hazırda ərizəçinin tərəf olduğu mülki iş məhkəmənin icraatında aşkar edilməmişdir və bu cür ərizə ilə məhkəməyə müraciət edilməsi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən hazırkı ərizənin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə qanunun analogiyası prinsipi ilə yanaşaraq hesab edirəm ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində göstərilmişdir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Qeyd olunan Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 153, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Ərizəçi İddiaçı “sübutların toplanması” tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1407/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1407/2023
28.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver