Məhkəmə qərarları › İş №2(062)-143/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-143/2023

30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-143/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında Tovuz rayon məhkəməsində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 6500 manat pulun və 7000 manat çəkilən xərclərin və ödənilmiş dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Tovuz rayonu Qovlar şəhərində Cavabdeh ilə tanış olmuş və aralarında etibarlı münasibət yaranmışdır. 2005-ci ildə cavabdeh ona təklif etmişdir ki, Qovlar şəhəri Azadlıq prospektində yerləşən mənzili satmaq istəyir. Aralarında olan şifahi razılaşmaya əsasən həmin mənzili 6500 manata almış, cavabdehə nəğd şəkildə 6500 manat pul ödəmişdir. Mənzillə bağlı razılaşdıqları dəyəri cavabdehə tam ödədikdən sonra uşaqları ilə birlikdə həmin mənzilə köçmüşdür. Aralarında olan şifahi alqı-satqı müqaviləsi baş tutduqdan sonra Tufalova mənzilin reyestrdən çıxarışı olmadığına görə 23 oktyabr 2005–ci il tarixdə adına etibarnamə vermişdir. Hesab edirdi ki, mənzil cavabdehin adına sənədləşdirdikdən sonra razılaşdıqları kimi notarial qaydada alqı- satqı müqaviləsi bağlayacaqlar. 18 ildir ki, fasiləsiz olaraq mübahisə olunan mənzildə yaşayır. Cavadeh mənzili ona təhvil verən vaxt otaqların hər üçü də yararsız vəziyyətdə olmuş, mənzilin təmirinə əlavə olaraq 7000 manat pul xərcləmişdir. Cavabddehin təqsiri ucbatından alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunması qeyri-mümkün olmuşdur. Ona görə də Cavabdeh 6500 manat pulun, 7000 manat çəkilən xərclarin və ödənilmiş dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 göstərdi ki, iddiaçı 2005- ci ildə Tovuz rayonu Qovlar şəhərində yerləşən üç otaqlı mənzili cavabdehdən 6500 manata almış, 6500 manat pulu nəğd olaraq Tufalovaya ödəmişdir. Mənzil Şərafətə satıldığından həmin mənzilə köçmüş və hal-hazırda iddiaçı uşaqları ilə birgə həmin mənzildə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsindı göstərdi ki, həqiqətən də Cavabdeh 6500 manat pul verildikdən sonra həmin ev ondan alınmışdır. Məhkəmə iddiaçınının izahatını və şahidlərin ifadəsini dinləyib, işə əlavə olunmuş sənədləri tam və hərtəfli araşdıraraq hesab edir ki , iddia aşağıdakılara əsasən qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş 23 dekabr 2005-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh Əlləz qızı İddiaçı bütün əmlakı idarə etmə, onun üzərində sərəncam vermək və .s kimi səlahiyyətlər verməklə, etibarnamənin qüvvədə olma müddəti 23 dekabr 2008-ci ilədək müəyyən edilmişdir. İşə əlavə olunmuş 21 avqust 2018- ci il tarixli aktdan görünür ki, İddiaçı mübahisə olunan mənzili cavabdeh X1 aldığını akta imza edən şəxslər təsdiq etmişlər. İşə əlavə olunmuş reyestr nömrəsi **********88-05101-093001 saylı cıxarışdan görünür ki, mübahisə olunan mənzil 14 noyabr 2008- ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdeh evinə dair bütün sənədləri iddiaçıya verməklə, eyni zamanda ona həmin əmlak üzərində sərəncam vermək hüququnu özündə əks etdirən etibarnamə vermiş, bunun əvəzində 6500 manat pulu iddiaçıdan götürmüşdür. Halbu ki, hər hansı hüquqi əsas olmadan cavabdeh əsassız olaraq varlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, 6500 manat məbləğində pul ondan alınaraq iddiaçıya verilməlidir. Mülki Məcəllənin (MM) 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə evə çəkilmiş xərclərlə bağlı tələbi əsassız hesab edir. Belə ki, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, həmin xərcləri mülkiyyətçinin hər hansı tapşırığı olmadan etmiş və özü də 2005-ci ildəndir həmin evdə yaşamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən xərclər sübut edilsə də belə, evdə yaşamaq üçün həmin xərclərin çəkilməli olması labüddür. Azərbaycan Respublkası MPM-nin 14.2 -ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfləri dinləyib, işə əlavə olunmuş sənədlərin məcmüsuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM- nin maddələrinin tələblərinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6500 manat pul və ödənilmiş 85 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin . Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar