Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1437/2023 06.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı BOKT "xxxx" ASC-nin vəkalətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 06 oktyabr 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" ASC-nin vəkalətli nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, "xxxx" MMC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 31% ödənilmək şərtilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh2 19 iyun 2015-ci il tarixində zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Amma borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Məhkəməyə təqdim edilən sonuncu maliyyə arayışına əsasən, cavabdehlərin iddiaçı təşkilata kreditin əsas məbləği 886,4 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 0 ABŞ dolları olmaqla, cəmi 886,4 ABŞ dolları məbləğində borcu mövcuddur. Ona görə də Cavabdeh1 və Cavabdeh2 kreditin əsas məbləği 886,4 ABŞ dolları məbləğində borcunun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı təşkilatın nümayəndəsi maliyyə arayışı təqdim edərək, borcdan cavabdehlərin müəyyən qədər ödədiklərini və müqavilə üzrə kredit borcu 2019-cu il də Prezidentin fərmanı ilə restruktizasiyaya düşdüyünü bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 19 iyun 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" MMC tərəfindən 24 ay müddətinə illik 31 faiz ödəmək şərtilə 2000 ABŞ dolları kredit verilmişdir. Surəti işə əlavə olunmuş 19 iyun 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh üzərinə Cavabdeh1 borcunun ödənilməsinə dair öhdəlik götürmüşdür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və Cavabdeh1 "xxxx" MMC tərəfindən 24 ay müddətinə illik 31 faiz ödəmək şərtilə 2000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə iddiaçı təşkilat ilə Cavabdeh2 arasında 19 iyun 2015-ci ildə zaminlik müqaviləsi bağlanmışdır. Borclular kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin hesablanmasını mütəmadi olaraq gecikdirmiş və onun 05 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, əsas məbləği 886,4 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 0 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecirdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditin əsas məbləği 886,4 ABŞ dolları icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə alınıb iddiaçı təşkilata verilməli və iddia tələbinin qalan hissəsi təmin olunmamalıdır. İddiaçı tərəfindən yeni maliyyə arayışında məbləğ azaldılsa da, iddianın həcminin azaldılması barədə ərizə verilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 20 manat pul cavabdehlərdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 886,4 ABŞ dolları borc icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 20 manat alınaraq BOKT "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1437/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1437/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver