Məhkəmə qərarları › İş №2(062)-1441/2023

Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-1441/2023

24.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1441/2023 24.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yuxarıda qeyd etdiyi əmlakının onun evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçı məhkəmə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işə qiyabi icraat qaydasında baxılmasına dair qərardad qəbul etmişdir. İddiaçı Cavabdeh oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X1 Cavabdeh ilə rəsmi qaydada evlənib nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü ildə X2 və xx.xx.2017-ci ildə X3 adlı iki uşaqları anadan olmuşdur. Lakin sonradan ailə münasibətləri pozulduğundan aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Onların arasında olan bütün ailə münasibətlərinə aydınlıq gətirilmişdir. Hal-hazırda faktiki olaraq cavabdeh ayrı evdə yaşayır. Lakin ona məxsus əmlak hazırda onun evindədir. Dəfələrlə xəbardarlıq etməyinə baxmayaraq, onlar buna məhəl qoymur. Hətta bununla bağlı ona məktub da göndərmişdir. Ona görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. 01 ədəd şkaf (paltar), 01 ədəd 2 nəfərlik çarpayı, 02 ədəd tumbuçka, 01 ədədt pastelnisa (şkaf), 01 ədəd servant, 02 ədəd güzgü, 01 ədəd divan, 02 ədəd kreslo, 04 ədəd stul, 01 ədəd uşaq stol və stulu, 01 ədəd xalça, 01 ədəd kavralit, 01 ədəd paltar yuyan maşın (samsunğ 6 kq), 01 ədəd tozsovran (eurolux), 01 ədəd televizor (samsunğ 82 diaqonal), 01 ədəd 2 nəfərlik döşək, 01 ədəd pakrırval, 02 ədəd pərdə, 02 ədəd tül, 04 ədəd divan döşəkcələri, qab-qacaqlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində Tovuz rayonu Cəlilli kəndində 0,30 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 186,4 kv.m fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunlan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus 01 ədəd şkaf (paltar), 01 ədəd 2 nəfərlik çarpayı, 02 ədəd tumbuçka, 01 ədədt pastelnisa (şkaf), 01 ədəd servant, 02 ədəd güzgü, 01 ədəd divan, 02 ədəd kreslo, 04 ədəd stul, 01 ədəd uşaq stol və stulu, 01 ədəd xalça, 01 ədəd kavralit, 01 ədəd paltar yuyan maşın (samsunğ 6 kq), 01 ədəd tozsovran (eurolux), 01 ədəd televizor (samsunğ 82 diaqonal), 01 ədəd 2 nəfərlik döşək, 01 ədəd pakrırval, 02 ədəd pərdə, 02 ədəd tül, 04 ədəd divan döşəkcələri, qab-qacaqlardan ibarət cehiz şəyalarının Tovuz rayonu Cəlilli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus yataq dəsti, dolab, güzgü, 2 ədəd tumbucqa, carpayı, 2 ədəd xalça, 1 ədəd 80 diaqnallı televizor, 4 ədəd qazan, 6 ədəd stakan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 6 ədəd kasa, 6 ədəd cəngəl, qaşıq, 2 ədəd konfet qabı, 1 ədəd zibil qabı, 1 ədəd vedrədən ibarət cehiz şəyalarının Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən iddiaçı X4 məxsus fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qevvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar