Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-145/2023 11.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının rəisi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”vurulmuş maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağı sındırdığına görə ondan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin 1(062)-44/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Cavabdeh cəzanı çəkməkdən qərəzli olaraq boyun qaçırdığına görə Tovuz Rayon Məhkəməsinin 7(062)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 04 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 13 may 2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində daşımalı olduğu elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilmişdir. Həmin gün bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor Cavabdeh üzərinə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbardarlıq edilmişdir. Lakin, cavabdeh elektron qolbağı sındıraraq yararsız vəziyyətə salmışdır. Beləliklə Cavabdeh elektron qolbağı yararsız vəziyyətə salması ilə dövlətə maddi ziyan vurmuşdur. "xxxx" QSC-nin ED-M-96-21 saylı xx.xx.2021-ci il tarixli maliyyə arayışına və Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin 21/1-699 saylı xidmət məktubuna görə elektron qolbağıın dəyəri 1930 manat, ƏDV isə 347, 40 manat, cəmi 2277,40 manat təşkil edir. İddiaçının rəisi Rəşad Mustafayev məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə edərək iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. O cəzaçəkmə müəssisəsində olduğundan məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, onun məhkəmə iclasına gətirilməsini zəruri hesab etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 1(062)-44/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli göstərişdən görünür ki, Cavabdeh barəsindən olan Tovuz Rayon Məhkəməsinin 1(062)-44/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü 11 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İşə əlavə olunmuş 13 may 2022-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh işlək vəziyyətdə sol ayağına 35628122 saylı 078CE52374 İMEİ elektron nəzarət vasitəsi tətbiq edilmişdir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 7(062)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh cəzanı çəkməkdənn qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 04 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyinə görə ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin götürülməsi zərurəti yaranmış, lakin ona tətbiq olunan elektron qolbaq məhkəmə zamanı onun ayağında aşkar edilməməmişdir. Ona görə də qediyyatda olduğu ünvan 1 ünvanda olan zaman məhkuma tətbiq olunan elektron qolbaq tərəflərindən aşkar edilməmişdir. Elektron qolbağa vizual baxış zamanı kəmərlərinin dartılaraq qırıldığı aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin 1(062)-44/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Cavabdeh cəzanı çəkməkdən qərəzli olaraq boyun qaçırdığına görə Tovuz Rayon Məhkəməsinin 7(062)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 04 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 13 may 2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində daşımalı olduğu elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilmişdir. Həmin gün bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor Cavabdeh üzərinə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbardarlıq edilmişdir. Lakin, cavabdeh elektron qolbağı sındıraraq yararsız vəziyyətə salmışdır. Beləliklə Cavabdeh elektron qolbağı yararsız vəziyyətə salması ilə dövlətə maddi ziyan vurmuşdur. "xxxx" QSC-nin ED-M-96-21 saylı xx.xx.2021-ci il tarixli maliyyə arayışına və Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin 21/1-699 saylı xidmət məktubuna görə elektron qolbağıın dəyəri 1930 manat, ƏDV isə 347, 40 manat, cəmi 2277,40 manat təşkil edir. İddiaçı cavabdehdən zərərin əvəzi üzrə 2277,40 manatın tutulmasını tələb etmiş, iddiasını cavabdehin istismara tam yararsız hala saldığı elektron nəzarət vasitəsi olan qolbağın dəyərinin iddia edilən qiymətdə olması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etiraz verməmişdir. Cavabdeh təhvil aldığı xüsusi proqram təminatlı elektron nəzarət vasitəsi olan qolbağın iradəsindən asılı olmayaraq yarasız hala düşməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (Bundan sonra MM-in) 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təqsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İş üzrə olan sübutlarla xüsusi proqram təminatlı elektron nəzarət vasitəsi olan qolbağın Cavabdeh sahibliyindən çıxmasının, yəni yararsız hala düşməsinin onun cavabdeh olmadığı haldan irəli gəlməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh ona təhvil verilmiş və bağlantı yaradılması mümkün olmadığından aid olduğu elektron nəzarət sisteminin xidmət üçün yararsız vəziyyətə düşməsinə səbəb olmuş dəyəri 2277,40 manat olan xüsusi proqram təminatlı elektron nəzarət vasitəsi olan qolbağın sahibliyindən çıxmasının onun cavabdeh olmadığı haldan irəli gəlməsi halını sübut edə bilmədiyindən, o, hazırda yararsız hala düşmüş bu qurğunun mülkiyyətçisinə əmlakından məhrum olması ilə əlaqədar dəymiş zərərə görə mülki məsuliyyət daşıyır. MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinəəsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətinə görə mülkiyyətçiyə əmlakının yarasız hala düşməsi ilə əlaqədar 2277,40 manat zərər dəyməsi tam təsdiq olunduğundan, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə dəyəri 2277,40 manat olan xüsusi proqram təminatlı elektron nəzarət vasitəsi olan qolbağı qoruyub saxlasa idi mövcud olacaq vəziyyəti bərpa etmək vəzifəsi olduğundan, dəymiş zərərin əvəzi üzrə 2277,40 manat cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsi olan qolbağın dəyəri olan 2277(iki min iki yüz yetmiş yeddi)manat 40(qırx) qəpik alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumu üzrə 42 manat 77 qəpik dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-145/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-145/2023
11.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver