Məhkəmə qərarları › İş №2(062)-1480/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1480/2023

14.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1480/2023 14.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 3720 manat pulun, komplekt qızıllarını, 1 ədəd kalso üzüyünü, 1 ədəd boyunbağını, 1 ədəd tros boyunbağını, 1 cüt sırğasını, 1 ədəd klonu, 1 ədəd üzüyünün özünü, özü olmadıqda isə dəyəri olan 1000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 67 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək bildirmişdir ki, cavabdeh X3 3720 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma bacısıdır. O, özü X6 ilə evlənib ailə qurmuşdur. Onunla birgə yaşadıqları dövrdə Dursun adlı uşaqları anadan olmuşdur. Sonradan onunla aralarında olan narazılıqlara görə ayrılmışlar. Onunla alarında olan nikah pozulmuş və birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 60 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Uranla birgə yaşayışlarından anadan olmuş Dursun adlı uşağına qət olunmuş aliment pulu olan 3720 manat pulu Uran ona xx.xx.2020-ci il tarixdə ödəmişdir. O, ayrıldıqdan sonra cavabdehlə birlikdə yaşamışdır. Həmişə də pulu, qızılı nəyi vardısa bacısına vermişdir. Bundan əlavə qızılları da bacısında olmuşdur. 2020-ci ildə Tovuz döyüşləri zamanı məcbur qalıb sərhəddə yerləşən evlərindən kirayəyə çıxmışdır. 3720 manat pulu da və ümumilikdə 1000 manat dəyərində olan komplekt qızıllarını, 1 ədəd kalso üzüyünü, 1 ədəd boyunbağı, 1 ədəd tros boyunbağı. 1 cüt sırğa, 1 ədəd klon, 1 ədəd üzüyü də cavabdehdə qalmışdır. X1 pulunu və qızıllarını tələb etməsinə baxmayaraq o, onun pulunu və qızıllarını qaytarmır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iştirak edib, iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Ruhiyyə onun doğma bacısıdır. Ruhiyyə həqiqəqətən də 3720 manat pulu və qızıllarını saxlamaq üçün ona vermişdir. Lakin 2020-ci ildə müharibə başlayanda o qızılları ögey anası Minayəyə vermişdir. O da qızılları itirmişdir. Ona görə də, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ruhiyyə və Şüküfə hər ikisi ögey qızıdır. Bir yerdə yaşamışlar. Ruhiyyə 3 ildir ki, ayrı yaşayır. Onlar bir yerdə qalan zaman pullarını və qızıllarını bir yerdə saxlayırdılar. Ruhiyyə pulunu və qızılları saxlamaq üçün Şükufəyə vermişdir. 2020-ci ildə müharibə başlamamışdan bir gün qabaq qızılları otaqda olmuşdur. Muharibə başlayanda evdən çıxıb qaçarkən qızılları itirmişdir. Həmin qızılların içərisində Şüküfənin qızılları olumuşdur. Məhkəmə tərəflərin izahatılarını və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halından görünür ki, iddiaçı pulunu saxlamaq üçün cavabdehə vermiş, iddiaçı pulunu tələb etdikdə isə cavabdeh pulun Şükufə tərəfindən itirildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh pulun qanunsuz olaraq onun sahibliyindən çıxmasına dair hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir. Halbuki hər hansı hüquqi əsaslar olmadan iddiaçıya məxsus olan pul vəsaiti hələ də cavabdehdə qalmaqda davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, İddiaçı X5 3720 manat pul vermişdir. X2 həmin məbləği İddiaçı qaytarmamışdır. Mülki Məcəllənin (MM) 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3720 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 67 manat pulun cavabdeh X3 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3720 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 67 manat pul cavabdeh X3 alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar