Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1482/2024 03.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan aliment məbləğinin artrılaraq hər ay sabit pul məbləğində, 235 manat məbləğində müəyyən edilməklə 26 mart 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 15 iyun 2016-cı il tarixli 2(062)-1098/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 05 yanvar 2012-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 26 mart 2012-ci ildə anadan olmuş Rəsul onun himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Hazırda Cavabdeh ödədiyi 100 manat məbləğində maliment uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın hazırda xərcləri xeyli artmış, onun maddi vəziyyəti aşağı olduğuna görə uşağının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqlarının saxlanması üçün ona əlavə heç bir yardım göstərmir. Ona görə də, Cavabdeh tutulan aliment məbləğinin artrılaraq hər ay sabit pul məbləğində 235 manat məbləğində müəyyən edilməklə 26 mart 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə edərək bildirdi ki, 2016-cı ildən aliment ödəmir. Belə ki, 2016-cı ildə barışsalar da, sonradan yenindən ayrılmışlar. Hazırda təxminən 9000 manat aliment borcu vardır. Cavabdeh aliment borcunu ödəmir. Özü gözəllik salonunda işləyir, aylıq qazancı 200-300 manat təşkil edir. Bununla o uşağın tələbatlarını ödəyə bilmir. Cavabdeh ustadır və yuksək gəliri vardır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki,iddianı qismən qəbul edir. Belə ki, 2023-cü ildən ayrı yaşayırlar. Maddi imkanı zəifdir. Ayda 150 manat ödəyə bilər. Günə 20 manat qazancı olur. Usta işləsədə, elə vaxt olur ki, heç işi olmur. Qış vaxtlarında demək olar ki, heç işləmir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 15 iyun 2016-cı il tarixli 2(062)- 1098/2016 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında 05 yanvar 2012-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 26 mart 2012-ci ildə anadan olmuş Rəsul ananın himayəsində saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından 26 mart 2012-ci ildə anadan olmuş Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 15 iyun 2016-cı il tarixli 2(062)-1098/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 26 mart 2012-ci ildə anadan olmuş Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin daha çox gəlirləri barədə sübut təqdim edilmədiyindən iddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 200 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 100 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 1200 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir.Ona görə də Cavabdeh 32 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 15 iyun 2016-cı il tarixli 2(062)-1098/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 26 mart 2012-ci ildə anadan olmuş Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1482/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1482/2024
03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver