Məhkəmə qərarları › İş №2(062)-1514/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1514/2023

21.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1514/2023 21.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 məxsus olan cehiz əşyalarının onun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evdən əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh X3 onun qohumu Elnur Qasımovla ailə qurmuşdur. Ailə qurduqdan sonra ona məxsuss cehiz əşyaları onun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evə yığılmışdır. Onların arasında olan nikah pozulmuşdur. O, dəfələrlə onlardan onun evinə yığılmış əşyalarının çıxarılmasını tələb etsə də heç bir nəticə olmamışdır. Həmin əşyalar aşağıdakılardır: tək qapılı buta, iki qapılı buta, 1 ədəd güzgü, 1 ədəd televizor altı, 6 ədəd stul, 2 ədəd darojka, 1 ədəd çılçıraq, 1 ədəd tozsoran, 1 ədəd sabo, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd karniz, 2 ədəd tül pərdə, 4 ədəd pərdə, 1 ədəd ədyal, 1 ədəd pakrıval, 2 ədəd şirəli vedrə, 1 ədəd gecə lampası, 6 ədəd araq rumkası, 24 ədəd bakal, 1 ədəd çay servis dəsti, 2 ədəd böyük meyvə qabı, 1 ədəd balaca meyvə qabı, 2 ədəd balaca mürəbbə qabı, 2 ədəd yekə konfet qabı, 1 ədəd çıraq, 1 ədəd mətbəxt naboru, 5 ədəd çay stəkanı, 1 ədəd ləyən, 1 ədəd çaynik, 1 ədəd dəm çayniki, 1 ədəd yemək servisi, 2 ədəd qapaqlı qənd qabı, qapaqsız 2 ədəd qənd qabı, 1 ədəd qazan dəsti, 1 ədəd tək qazan, 1 ədəd ətçəkən, 1 ədəd taxta qaşıq, 2 ədəd böyük bıçaq, 2 ədəd balaca bıçaq, 1 ədəd tort götürmək üçün qaşıq, 1 ədəd sok çəkən, 1 ədəd mikser, 1 ədəd şirniyyat qabı, 1 ədəd ləpə qabı, bir nəfərlik fincan(çaşka), 1 ədəd qoz qıran, 1 ədəd qaşıq dəsti, bir ədəd saat, 6 ədəd balaca balınc, 6 ədəd yekə balınc, 1 ədəd yorğan ikinəfərlik, 3 ədəd balaca yorğan, ikinəfərlik 1 ədəd döşək, yorğan üzü 2 nəfərlik, 2 ədəd üz dəsmalı, 6 ədəd stəkan dəsmalı, hamam dəsmalı 1 ədəd, 2 ədəd stol üçün süfrə. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında telefon vasitəsilə X2 məlumat verilmiş, onun Aynurun mülkiyyətində olan evə hər hansı hüququnun olmadığını bildirmişdir. Əşyalarını götürüb başqa yerə yığmağa yeri olmadığından o əşyalarını Aygünün evindən çıxarmamışdır. Məhkəmə iddiaçının izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehin əşyalarını yığdığı evə iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, həmin ev 10 yanvar 2023-cü ildə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o iddiaya qarşı etirazını təqdim etməmişdir. Əksinə o telefon danışğı zamanı onun iddiaçının evinə hər hansı hüquqlarının olmadığını bildirmişdir. İş matertiallarında da cavabdehin iddiaçıya məxsus evə hər hansı hüquqlarının olmasını təsdiq edən sübutlar mövcud deyildir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri). Göründüyü kimi, hazlrki vəziyyətdə iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdeh heç bir hüquqi əsas olmadan özünə məxsus əmlakları iddiaçının evində saxlamışdır. Mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Cavabdehə məxsus əmlakların mübahisəli evdə qalması isə həmin evin mülkiyyətçisi olan İddiaçı hüquqlarının pozulması mənasına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyinhüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrinihasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələbedə bilər. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, cavabdeh X2 məxsus cehiz əşyalarının saxlanıldığı Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən evinin İddiaçı məxsus olması, cavabdeh X1 iddiaçının qohumu Elnur Qasımov ailə quraraq iddiaçıya məxsus adıçəkilən yaşayış sahəsinə özünə məxsus cehiz əşyalarını yerləşdirməsi, qeyd olunan yaşayış evində qısa müddət yaşaması və soradan nikahlarının pozulması, lakin özünə məxsus cehiz əşyalarını orada saxlaması, həmçinin həmin əşyaların iddiaçıya məxsus yaşayış evində saxlanması üçün iddiaçının öz üzərinə hər hansı bir öhdəlik götürməməsi, yaşayış evində cavabdehə məxsus cehiz əşyalarının qalması və könüllü olaraq oradan çıxarmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırması sübuta yetirildiyindən iddia əsaslıdır, təmin olunmalı, İddiaçı məxsus Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış evində saxlanılan cavabdeh X2 məxsus cehiz əşyaları çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı məxsus Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən evdə saxlanılan cavabdeh X2 məxsus tək qapılı buta, iki qapılı buta, 1 ədəd güzgü, 1 ədəd televizor altı, 6 ədəd stul, 2 ədəd darojka, 1 ədəd çılçıraq, 1 ədəd tozsoran, 1 ədəd sabo, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd karniz, 2 ədəd tül pərdə, 4 ədəd pərdə, 1 ədəd ədyal, 1 ədəd pakrıval, 2 ədəd şirəli vedrə, 1 ədəd gecə lampası, 6 ədəd araq rumkası, 24 ədəd bakal, 1 ədəd çay servis dəsti, 2 ədəd böyük meyvə qabı, 1 ədəd balaca meyvə qabı, 2 ədəd balaca mürəbbə qabı, 2 ədəd yekə konfet qabı, 1 ədəd çıraq, 1 ədəd mətbəxt naboru, 5 ədəd çay stəkanı, 1 ədəd ləyən, 1 ədəd çaynik, 1 ədəd dəm çayniki, 1 ədəd yemək servisi, 2 ədəd qapaqlı qənd qabı, qapaqsız 2 ədəd qənd qabı, 1 ədəd qazan dəsti, 1 ədəd tək qazan, 1 ədəd ətçəkən, 1 ədəd taxta qaşıq, 2 ədəd böyük bıçaq, 2 ədəd balaca bıçaq, 1 ədəd tort götürmək üçün qaşıq, 1 ədəd sok çəkən, 1 ədəd mikser, 1 ədəd şirniyyat qabı, 1 ədəd ləpə qabı, bir nəfərlik fincan(çaşka), 1 ədəd qoz qıran, 1 ədəd qaşıq dəsti, bir ədəd saat, 6 ədəd balaca balınc, 6 ədəd yekə balınc, 1 ədəd yorğan ikinəfərlik, 3 ədəd balaca yorğan, ikinəfərlik 1 ədəd döşək, yorğan üzü 2 nəfərlik, 2 ədəd üz dəsmalı, 6 ədəd stəkan dəsmalı, hamam dəsmalı 1 ədəd, 2 ədəd stol üçün süfrədən ibarət əşyalar İddiaçı məxsus Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar