Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1537/2023 12.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh1nə, "xxxx"ASC-yə, "xxxx"ASC-nin Tovuz filialına, Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx"MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “hərracın yekun protokolunun, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh1nə, "xxxx"ASC-yə, "xxxx"ASC-nin Tovuz filialına, Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx"MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “hərracın yekun protokolunun, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia bir neçə hüquqi şəxsə qarşı yönəlmişdir ki, həmin hüquqi şəxslərdən əksəriyyətinin hüquqi ünvanı Bakı şəhəridir. İddiaçının əsas tələbi hərracın yekun protokolunun və hərracın yekunları üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir ki, həmin hissədə tələbə cavab verməli olan şəxs "xxxx"ASC ilə Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx"MMC-dir ki, həmin hüquqi şəxslərin də hüquqi ünvanı Bakı şəhəridir. Buna baxmayaraq iddiaçı Bakı şəhərində yerləşən aidiyyəti məhkəməyə deyil, Tovuz Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. İddiaçı ərizəsində "xxxx"ASC-nin Tovuz filialını da qeyd etmişdir ki, fililal hüquqi şəxs olmadığından tələb filiala qarşı yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Mülki Məcəllənin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Qeyd edilən Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. İddiaçı lüzumsuz olaraq, yəni Tovuz rayonunda yaşamaqla həmin məhkəmə ona daha əl çatan olsun deyə Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsini cavabdehlər kimi göstərək, iddianı da həmin cavabdehlərin qeydə alındığ yerin məhkəməsinə verərək ona qarşı tələbinin nədən ibarət olmasını göstərməmiş və bunu təsdiq edən sübutlarını ərizəsinə əlavə etməmişdir. MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh1nə, "xxxx"ASC-yə, "xxxx"ASC-nin Tovuz filialına, Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx"MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “hərracın yekun protokolunun, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə ümumi qaydada "xxxx"ASC-nin və yaxud Azərbaycan Respublikası Xammal və X1 Mərkəzi "xxxx"MMC-nin hüquqi ünvanları üzrə məhkəmələrə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1537/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1537/2023
12.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver