Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1583/2023 29.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın –qalan hissəsinin, 4624 manat məbləğin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışıdr ki, o, xx.xx.2023-cü il tarixində 14:10 radələrində evinə gedən zaman Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı şöbəsinin yaxınlığında idarə etdiyi Mersedes markalı, 10 XL667 DQN avtomobil çox yüksək sürələ hərəkətdə olduğu üçün idarə etməni itirərək yoluna çıxıb, avtomobili üzərinə doğru sürmüş və onun avtomobilinə çırpmaqla çox ağır qəza törətmişdir. Zərbədən avtomobil arxadan da divara çırpılaraq deformasiya olmuşdu. Nəticədə çox ziyan dəyməklə avtomobil tamamilə yararsız hala düşmüş, o, baş nahiyyəsindən ciddi qan axması ilə, sol diz nahiyəsindən xəsarətlər almışdır. Bu səbəbdən yol polis əməkdaşlarının müraciəti ilə X2 çağrılmış və ilkin yardım göstərilməklə, Sabunçu rayonu 3 saylı ŞKX-a aparılmışdır. Tibbi yardım (şok ağrı ələyhinə iynələr, qan axmasının qarşısının alınması, yaranın təmizlənməsi, rentgen, USM) aparılmışdir. Mualicəni evdə davam etməyi üçün müalicə yazmaqla, hər hansı pisləşmə halı ilə əlaqədar onlara müraciət etməyi və növbəti müayinələrlə gəlməyini tövsiyə etmişlər. 3 gün ağrıların təsiri altında yataqda qalmışdır. Hal-hazırda sahətində kəskin baş ağrıları, baş gicəllənmələri, görmə zəifliyi, sol əlin ciddi keyimələri ilə müşayət olunan problemlər yaşayır. xx.xx.2023-cü il tarixdən avtomobilinin yararsız hala salınması səbəbindən ailəsinin gündəlik maddi təlabatını ödəyə bilmir. Təmirin 2-3 ay çəkməsini, indiyə kimi qəza səbəbindən bir çox xərclər olduğu üçün (müalicə, dərman, evakuator, dayanacaq, yol xərcləri, v.s.) lüzumsuz ziyana düşmüşdür. Cavabdeh onunla maraqlanmamış, heçnə olmamış kimi telefon zənglərinə də cavab verməmişdir. Ona məxsus olan avtomobili 12 il öncə mağazadan almışdır. Özü idarə etmiş, heç bir qayda pozmamışdır. Avtomobildə heç bir zədə, sınıq, sürtük olmamış, qəza anına kimi bazar qiyməti 10000 manat dəyərində olmuşdur. Ona görə də, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın qalan hissəsinin, 4624 manat məbləğin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.Lakin İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə prosesini onun iştrakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddiaçının sağlamlığına hər hansı ziyan dəyməmişdir. Əgər onun sağlamlığına ciddi ziyan dəysə idi o zaman cinayət işinin başlanılması rədd edilməzdi. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı iş materiallarında olan sübutlat vasitəsilə, o cümlədən iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 mart 2023-cü il tarixli Qərarla müəyyən edilmişdir ki, İddiaçı 12 mart 2023-cü ildə təxminən saat 14:10 radələrində idarə etdiyi “VAZ 21074”markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evə gedən zaman qarşıdan gələn gümüşü rəngli “Mersedes 230”markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək İddiaçı idarə etdiyi “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, yol-nəqliyyat hadisəsi zamanı vətəndaş İddiaçı başın yuxarı ənsə nahiyəsinin sıyrıqları, sol diz oynağı nahiyəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən törənən xəsarətlər almasını və xx.xx.2023-cü ildə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşının digər avtomaşına toqquşması nəticəsində törənə bilər. Eyni zamanda işdə olan və tərəflərin polis şöbəsində verdikləri izahatlarla da müəyyən edilir ki, hər iki avtomobillərin icbari sığortası mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçıya sübutların məhkəməyə təqdim edilməsi kimi prosessual hüquqlarının təmin edilməsi baxımından məhkəmə hazırlıq iclası bir dəfə təxirə salınsa da o istər məhkəmə hazırlıq iclaslarına, istərsə də, məhkəmə baxış iclasına gəlməyərək sübutlarını təqdim etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işdəki sübutlar əsasında iddianın təmin edilməsi mümkün deyildir. Əvvəla iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı maddi və mənəvi ziyanın qalan hissəsini cavabdehdən tələb edir. Buna baxmayaraq iddiaçı maddi və mənəvi ziyanın ödənilmiş hissəsinin nədən ibarət olması barədə dəlillərə toxunmamışdır. Buradan o naticə hasil olur ki, iddiaçıya dəymiz maddi və mənəvi ziyanın bir hissəsi ödənilmişdir. Digər tərəfdən işdən görünür ki, iddiaçı qəza nəticəsində baş nahiyəsindən xəsarət almışdır. Amma o xəsarət nəticəsində sağlamlığına nə qədər ziyanın dəyməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. İşdə olan tövsiyyə vərəqəsi və digər sənədlər isə sənədin surətindən ibarət olduğundan həqiqiliyini müəyyən etmək mümkün deyildir. Avtomobilə dəymiş ziyana münasibətdə isə məhkəmə onu qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənəd sübut kimi qəbul edilə bilməz. Əvvəla həmin sənəd hər hansı mütəxəssis rəyinə əsaslanmadan tərtib edilmişdir. Digər tərəfdən isə həmin sənədin sonunda 4501 manat sığorta təminatı çıxıldıqdan sonra avtomobilə dəymiş ümumi ziyanın 4624 manat olması göstərilmişdir. İddiaçı isə 4624 manatın həm maddi(sağlamlıq və avtomobilə dəymiş ziyan), həm də mənəvi ziyan olduğunu göstərmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində göstərdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin faktiki hallarından görünür ki, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1583/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1583/2023
29.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver