Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-159/2023 11.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Lombard MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Lombard MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3813 manat məbləğində əsas borcun, 2332,07 manat faiz borcunun və 50 manat hüquqi yardımla bağlı çəkilən məhkəmə xərclərinin, 82 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 6,277,07 manat məbləğində pulun alınaraq "xxxx" Lombard MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Lombard MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Lombard MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh ilə "xxxx" Lombard MMC-nin hesabından ödənilmək şərti ilə 12 iyul 2019-cu il tarixdə 3813 manat pula, kredit (borc) müqaviləsi bağlamışlar və göstərilən məbləği Cavabdeh məxsus orderinə imza etdirməklə pulunu təhvil vermişlər. Müqavilənin məzmununu Cavabdeh 18 ay müddətində 3813 manat həçmində illik 36%-lə birdəfəlik kredit verdiyi və ödəmə müddəti ötürmüş kredit və faizlərə görə hər gecikdirilən gün üçün illik 72% hesabı ilə pul ödəcəyi qeyd olunmuşdur. Lakin Cavabdeh dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq kredit üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Müqavilədə göstərilən kredit məbləğində ödəyəcəyini də bildirmişdir. O, kredit götürdüyü ilk aydan etibarən heç bir ödəniş yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı "xxxx" Lombard MMC-nın nümayəndəsi X2 məhkəmə iclasında iştirak etdi və məhkəməyə ərizə verərək, iddia tələbinin həcmini azaldaraq əsas borc və məhkəmə xərclərinə münasibətdə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etdi və iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, o, "xxxx" Lombard MMC-dən pul götürmüşdür. İddianın faiz hissəsini qəbul etmir. Ona görə də, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 12 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" Lombard MMC-dən 18 ay müddətinə 3813 manat həçmində illik 36%-lə birdəfəlik kredit verdiyi və ödəmə müddəti ötürmüş kredit və faizlərə görə hər gecikdirilən gün üçün illik 72% hesabı ilə pul götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" Lombard MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda göstərilən kredit müqaviləsi üzrə "xxxx" Lombard MMC -dən borcun ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair "xxxx" Lombard» MMC qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, "xxxx" Lombard» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə verilməsi üçün 82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3813 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun 58 manat 13 qəpik hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" Lombard MMC -nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3813 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun 58 manat 13 qəpik hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" Lombard MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-159/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-159/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver