Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1619/2023 28.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 28 iyul 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 9650 manat borc pulun və 119 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Cavabdeh bir müddətdir ki tanıyır. Belə ki, onunla Rusiyada tanış olmuşlar. Cavabdeh Rusiyada alverlə məşğul olur. Onunla aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sonradan o, Azərbaycana qayıdıb gəlmişdir. 2022-ci ilin noyabr ayında Vüqarla əlaqə saxladıqda aralarında birlikdə göyərti alqı-satqısına başlamağa razılaşmışlar. Aralarında olan razılığa görə o, Şəmkir rayonundan göyərti alıb Rusiyaya cavabdehə göndərməyi, cavabdeh də satıb onun pulunu göndərməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan razılığa əsasən onlar birlikdə işləməyə başlamışlar. 09 noyabr 2022-ci il tarixdən başlayaraq o, kənd camaatından əkdikləri göyərti məhsulunu nisyə yığaraq cavabdehə göndərməyə başlamışdır. Cavabdeh də ilk vaxtlarda göyərti satdıqca həmin pullardan ona və atası Cavanşirin adına göndərmişdir. O da nisyə aldığı göyərtinin pulunu ödəmişdir. O hər dəfə cavabdehə göyərti məhsullarını göndərdikcə həmin məhsulların, cavabdehin ona göndərdiyi pulların qeydiyyatını aparmışdır. Sonuncu dəfə 23 dekabr 2022-ci ildə cavabdehə yenidən göyərti göndərmiş, lakin, cavabdeh ilk vaxtlar ona göndərdiyi göyərtinin pulunu göndərsə də, sonradan hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu göndərməkdən imtina etmişdir. O, cavabdehə dəfələrlə nisyə məhsullarını aldığı şəxslərin narazılıq etdiyini, pis vəziyyətdə qaldığını bildirsə də o gah qızılını qoyub kredit götürəcəyini, gah alver edib göndərəcəyini bildirərək hər dəfə onu aldatmışdır. Hazırda isə cavabdehin ucbatından o, kənd camaatından nisyə olaraq aldığı göyərtinin pulunu ödəyə bilmir. O, cavabdehə ümumilikdə 19913 manat dəyərində göyərti məhsulu göndərmişdir. Cavabdeh ona göndərdiyi göyərti məhsulunun pulundan cəmi ona 9117 manat pul göndərmişdir. Cavabdehin hazırda ona 10796 manat borcu vardır. Lakin, cavabdehə göndərdiyi soğan məhsulu onun xoşuna gəlmədiyi üçün ona olan borcundan 1000 manat pulu silmişlər. Cavabdehin ona nisyə göndərdiyi göyərtinin pulundan 9650 manat borcu qalmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh həmin məbləğdə pulu ödəməkdən imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 9650 manat borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ona görə də, məhkəmənin 28 iyul 2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Şahid qismində dindirilən X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Qurbanla həmkəndlidir. Göyərti satmaqla məşğuldur. Qurbana göyərti vermişdir. Lakin hazırda Qurbanın ona 1850 manat borcu vardır. Hər dəfə pulunu istəyəndə Qurban malı Vüqar adlı şəxsə verdiyini, lakin pulunu ala bilmədiyini, Vüqardan alacağı olduğunu, onu aldıqdan sonra borcu verəcəyini demişdir. Şahid qismində dindirilən X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Qurbanla həmkəndlidir. Göyərti satmaqla məşğuldur. Qurbana göyərti vermişdir. Lakin hazırda Qurbanın ona 2030 manat borcu vardır. Hər dəfə pulunu istəyəndə Qurban alacağı olduğunu, onu aldıqdan sonra borcu verəcəyini demişdir. Şahid qismində dindirilən X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Qurbanla həmkəndlidir. Göyərti satmaqla məşğuldur. Qurbana göyərti vermişdir. Lakin hazırda Qurbanın ona 1800 manat borcu vardır. Hər dəfə pulunu istəyəndə Qurban alacağı olduğunu, onu aldıqdan sonra borcu verəcəyini demişdir. Şahid qismində dindirilən X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, iddiaçı oğludur. Oğlu Rusiyaya göyərti göndərəcəyini bildirmiş və öz məhsulları ilə birlikdə həmkəndlilərindən də göyərti alaraq Cavabdeh göndərmişdir. İlk vaxtlar Vüqar pul göndərmiş, lakin sonradan məhsulların pulunu göndərməmişdir. Ümumilikdə cavabdeh 9650 manat pul göndərəsidir. İşə əlavə olunmuş audiodiskdən, votsap yazışmalarından məlum olur ki, cavabdeh borcunu etiraf edir və ödəyəcəyinə söz verir. Məhkəmə hesab edir ki, votsap yazışmaları sübut növü kimi qəbul edilə bilər. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər Rusiyada tanış olmuş, alver etmək qərarına gəlmişlər. 09 noyabr 2022-ci il tarixdən başlayaraq iddiaçı Rusiyada olan cavabdehə göyərti göndərməyə başlamışdır. İlk əvvəllər cavabdeh məhsulların pulunu göndərsə də, sonradan pul göndərməmişdir. Yazışmalardan və səs yazılarından da məlum olur ki, cavabdeh pulu qaytaracağına söz vermişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh iddiaçıya borclu olduğu pulu qaytarmır. İddiaçı borcunu qaytarması üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ondan aldıqlarını geri qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, 9650 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. 9650 manat pul və ödənilmiş 119 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. 9650 manat pul və ödənilmiş 119 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh bu qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Tovuz Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ərizəyə baxılması müddəti bitdikdən sonra Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1619/2023
Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-1619/2023
28.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver