Məhkəmə qərarları › İş №2(062)-1621/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1621/2023

22.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1621/2023 22.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5400 manat məbləğində vəsaitin, iddia ərizəsinin yazılmasına görə vəkilə ödənilmiş 60 manat və ödənilmiş 75 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5535 manatın alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi imşalamışlar. Sadə yazılı formada bağlanmış müqaviləyə əsasən gündəlik haqqı 15 manat olmaqla, 12 ay müddətinə, cəmi 5400 manat ödəməklə Dragon markalı, LCS1BATF5M1080025 seriyalı məhsul icarəçinin istifadəsinə verilmişdir. Cavabdeh keçən müddət ərzində öhdəliyə dair heç bir ödəniş aparmamışdır. Müqavilə bağlandığı gündən etibarən onunla əlaqə saxlamaq qeyri-mümkün olmuşdur. Başqa sözlə, cavabdeh müqavilə bağlandığı andan müqavilə üzrə öhdəliyini icra etməməklə pozuntuya yol vermişdir. Həmin 5400 manat məbləğində pul vəsaitindən heç bir ödəniş ödənilməmişdir. Ona görə də, Cavabdeh 5400 manat pul məbləğində vəsaiti, iddia ərizəsinin yazılmasına görə vəkilə ödənilmiş 60 manat və ödənilmiş 75 manat dövlət rüsumu, olmaqla cəmi 5535 manatın alınaraq onu xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Lakin İddiaçı ərizə göndərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə verən öz öhdəliklərini yerinə yetirərək icarə obyektini icarəçiyə təhvil vermiş, icarəçi isə müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını icarəyə verənə ödəməli olduğu halda bir müddətdən sonra öhdəliyini yerinə yetirməmişdir Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan obyekti icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını və həmin icarə haqqının ödənilməsini gecikdirdiyi vaxt üçün yaranan borcları ödəməməklə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş icarə haqqını ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iş üzrə İddiaçı ilə Cavabdeh arasında icarə münasibətləri yaranmış, Cavabdeh xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlayaraq gündəlik icarə haqqı 15 manat olmaqla, 12 ay müddətinə, cəmi 5400 manat ödəməklə Dragon markalı LCS1BATF5M1080025 seriyalı məhsulu icarəyə götürsə də, həmin ödənişləri ödəməmiş və onun iddiaçıya cəmi 5400 manat borcu qalmışdır. Qeyd edilən fakt İddiaçı ilə Cavabdeh imzaladığı icarə müqaviləsində öz təsdiqini tapmışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı icarə müqaviləsinə əsasən öz üzərinə öhdəliyi götürmüş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.. İcarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə görə, icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd - icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyə verənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi. “İcarə haqqında” Qanunun 18-ci maddəsinin tələblərinə görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bundan istifadə etməkdir. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 5400 manat pulu qaytarmaq öhdəliyi daşıyır. Bundan başqa iddiaçı göstərilmiş hüquqi xidmətə görə vəkil bürosunun hesabına 60 manat ödənilməsini qeyd etsə də, o həmin sənədin əslini məhkəməyə təqdim etmədiyindən təqdim edilmiş sənədin surəti sübut kimi qəbul edilə bilməz. Odur ki, həmin hissədə iddia təmin edilməməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 75 manat dövlət rüsumu ödənilmiş, həmin rüsumun ödənilməsini təsdiq edən sənədə də sənədin surətindən ibarət olsa da elektron məhkəmə portalı vasitəsilə həmin sənədin həqiqiliyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia icarə müqaviləsinə aid hissədə təmin olunmalı, Cavabdeh 5400 manat borc və 75 manat dövlət rüsumu olmaqla, cəmi 5475 manat pul alınaraq iddiaçı Cavabdeh verilməlidir. Vəkilə ödənilmiş xərcə dair hissədə tələb təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 5400 (beş min dörd yüz) manat pul və 75 (yetmiş beş) manat dövlət rüsumu olmaqla, cəmi 5475 manat pul alınaraq İddiaçı verilsin. İddia məhkəmə xərcinə aid qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar