Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1648/2025 02.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Hafis oğluna qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Tovuz 1 saylı Mediasiya təşkilatının MŞT/MT024/2024-0760 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, İddiaçı, Cavabdeh Hafiq oğlu ilə birgə yaşayışlarından xx.xx.2018-ci ildə anadan olmuş X3 və xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək, hər həfdənin şənbə günü 10:00-dan (axşam qalmaq şərti ilə) bazar günü saat 18:00 dək ataları Cavabdeh Hafis oğlu ilə görüşmələrinə və ünsiyyətdə olmalarına şərait yaradacağını; Cavabdeh Hafiq oğlu, tərəflərin birgə yaşayışlarından xx.xx.2018-ci ildə anadan olmuş X3 və xx.xx.2019-cu ilda anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 manat, cəmi 350 (üç yüz əlli) manat alimentin İddiaçı verməyi; Tərəflər uşaqların yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalmağı barədə razılığa gəlmişlər. İddiaçı Cavabdeh Hafis oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hafis oğlundan tutulan aliment məbləğinin dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü doğulmuş X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh uşaqların saxlanılması üçün əlavə yardım etmir. O, uşaqların saxlanılmasında çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək bildirdi ki, tutulmuş aliment uşaqların böyüdükcə artan təlabatlarını ödəmir. Sonda o, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin anası X5 nümayəndə olmasına dair sənədlərini məhkəməyə təqdim edə bilmədiyindən şahid qismində dindirilmiş, ifadəsində göstərmişdir ki, oğlu Qiyas hazırda Azərbaycanda deyildir. Onun Biləcəridə evi və avtomobili vardır. Məhkəmə, iddiaçını və şahidi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi ölkə üzrə minimum əmək haqqı məbləğinin 400 manat olduğu, uşaqlar üçün isə yaşayış minimumunun 2025-ci ildə ölkə üzrə 246 manat olduğu halda, iki uşaq üçün 350 manat, daha doğrusu yaşayış minimumundan az alimentin alınması idddiaçının maraqlarını pozur. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək alimentin bu həddə tutulmasının onun da maraqlarını pozduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, alimentin bir uşaq üşün minimum əmək haqqının 0,5 misli miqdarında təyin edilməsi işin hallarına uyğundur. Belə ki, cavabdehin anasının verdiyi ifadədən də görünür ki, Cavabdeh müliyyətində evi və avtomobili vardır ki, bu hal da onun minimum əmək haqqının 0,5 misli həcmində aliment ödəmək imkanının olmasını təsdiq edir. Belə ki, iş materiallarına əlavə edilmiş və “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Cavabdeh sərhəd keçmə məlumatlarından müəyyən edilir ki, Cavabdeh təkcə 1 il ərzində 5 dəfə Rusiyanın turizm şəhəri olan Minvod şəhərində olmuş, dəfələrlə həmin şəhərə giriş-çıxış etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Minvod şəhərinə qazanc üçün deyil, sair məqsədlər üçün getməsinə dair hər hansı sübut təqdim etməmişdir. Qeyri-rəsmi qazanclar latent olduğundan iddiaçının bununla bağlı sübutlar təqdim etmək imkanı həqiqətən real görünmür. Real olan odur ki, cavabdeh mütəmadi olaraq Minvod şəhərinə gedib-qayıdır ki, həmin yollara çəkilmiş xərcin özü ilə bir neçə ay uşaqların təlabatını ödmək mümkündür. Deməli cavabdeh hazırki iş üzrə iddiaçıya hər ay iki yüz manat aliment ödəmək kimi qazanca malik olmaqla, həmin alimenti ödəmək iqtidarındadır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Cavabdehin iqtisadi sankiyalar tətbiq edildiyi Moskva şəhərinə hələ də gedib-gəliş etməsi onu göstərir ki, cavabdeh özünün saxlanılması üçün minimum tələbatını ödəməkdən başqa da ailənin maddi ehtiyaclarını qarşılamaq imkanlarına da malik olmuşdur. Eyni zamanda məhkəmə alimentin hər uşaq üçün 250 manat məbləğində təyin edilməsinin qeyri-mümkünlyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Cavabdeh digər aliment ödəyicisi olduğundan iddia göstərilən həddə təmin edilə bilməz. Yəni, həmin qətnamə digər uşağın maraqlarına toxunmuş olar. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh Hafis oğlundan qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019-cu ildə doğulmuş X1 üçün Cavabdeh Hafis oğlundan İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılmalı, X3 və X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh Hafis oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarına istinad edərək məhkəmə onu qeyd edir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat, 23 dekabr 2024-cü il tarixli sərəncamla isə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi iddiaçı məhkəməyə 2025-ci ildə müraciət etdiyindən və minimum əmək haqqı 2025-ci ildə artdığından növbəti artımlar nəzərə alınmaqla aliment təyin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tovuz 1 saylı Mediasiya təşkilatının MŞT/MT024/2024-0760 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə müəyyən edilmiş, xx.xx.2018-ci il təvəllüdlü doğulmuş X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh Hafis oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh Hafis oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, növbəti il üçün artımlar nəzərtə alınmaqla hər ay hər uşaq üçün minimum əmək haqqının 0.5 misli məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh Hafis oğlundan mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1648/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1648/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver