Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1685/2023 24.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 750 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qızı X2 ondan pensiya düzəltmək adı ilə etibarından sui-istifadə edərək 800 manat pul alaraq mənimsəmişdir. Şikayəti əsasında sonuncu barəsində Gəncə şəhər Baş Polis İdarəsində dələduzluqla bağlı cinayət işi başlanmışdır. Gəncə Şəhər Məhkəməsi tərəfindən X2 Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalan Nəzakət Hüseynova apellyasiya şikayəti vermiş və bundan sonra onun anası yəni Cavabdeh ona müraciət edərək qızının borcunu hər ay 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu barədə notarial qaydada ərizə vermişdir. Bu səbəbdən ərizə təqdim edərək Nəzakər Hüseynovadan şikayətçi olmadığını bildirmişdir. X3 təyin edilmiş cəza azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmişdir. Lakin hazırki vaxta kimi cavabdeh cəmi 50 manat ödəniş etmişdir. Cavabdehdən pulun geri qalanını istəsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, qızı X2 barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış ona azadlıqdan mərhum etmə cəzası verilmişdir. Həmin hökmdən qızı tərəfindən apellyasiya şikayəti verilən zaman iddiaçıdan özü xahiş etmişdir ki, qızından şikayətçi olmasın və pul onun tərəfindən ödəniləcəkdir. İddiaçı da buna razılıq vermiş və onun qızından şikayətinin olmaması barədə məhkəməyə ərizə vermişdir. Bu səbəbdən iddiaçıya pulu ödəməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Həmin puldan da 50 manat ödəmişdir. Qızı apellyasiya instansiyası məhkəməsi tərəfindən həbsdən azad edilmiş və ona azadlığın məhdudlaşdırılması növündə cəza verilmişdir. Lakin sonradan üzərinə qoyduğu vəzifələri qızı Nəzakət pozduğu üçün yenidən həbs edilmişdir. Belə olan halda iddiaçının ondan şikayətçi olub-olmamasının əhəmiyyəti yoxdur. Ona görə də pulu ödəmək istəmir. Eyni zamanda qızı ona bildirmişdir ki, həbsdən çıxan zaman özü iddiaçıya olan pulu ödəyəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, qızı X1 İddiaçı 800 manat borcu vardır. Həmin borcu ödəmədiyi üçün qızı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X2 azadlığa buraxıldıqdan sonra İddiaçı olan 800 manat borcu hər ay 100 manat olmaqla hissə-hissə qaytarmaqdan yayınarsa həmin borcu ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri öhdəliyin üçüncü şəxs tərəfindən icrası üzrə yaranan mülki münasibətlərdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir (Mülki Məcəllənin 427.2 və 430.1-ci maddələri). Mülki Məcəllənin 431.1-ci maddəsində qeyd olunmuşdur ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı onun qızı Nəzakət Hüseynovadan şikayətçi olmaması üçün qızının onun etibarından sui-istifadə edərək aldığı 800 manatı ödəməyi öhdəsinə götürmüşdür. Bu barədə onun tərəfindən notarial qaydada ərizə verilmişdir. İddiaçı da öz müqabilində onun qızından şikayətçi olmamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlik üzrə iddiaçıya cəmi 50 manat ödəniş etmiş, geri qalan 750 manatı isə qaytarmaqdan imtina etmişdir. Məhz bu əsaslara görə hazırki mübahisə yaranmışdır. Öhdəliklərin icrası zamanı vicdanlılıqdan bəhs edən Mülki Məcəllənin 425.1-ci maddəsində göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh iddiaçı qarşısında qızının ona ödəməli olduğu pulu verməsinə dair üzərinə öhdəlik götürmüşdür bu zaman onun tərəfindən həmin pul vəsaiti ödənilməlidir. Cavabdehi bu məsuliyyətdən azad etmək üçün hər hansı əsas yoxdur. Cavabdehin özünümüdafiə üçün gətirdiyi dəlillər qəbuledilən deyildir. Çünki öhdəlik onun özü tərəfindən iddiaçı qarşısında qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 750 manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz manat) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1685/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1685/2023
24.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver