Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1686/2023 02.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı X1 məhkəmə iclasında izahatında iddianı müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmiş, iddianı qəbul etməyərək, işin baxılması üçün onun qeydiyyat ünvanına uyğun olaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, hazırkı mülki işə məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşin iddiaçının seçməsinə görə yaşayış yeri üzrə məhkəməyə verilməsi üçün Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də, mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyatı üzrə göndərilməsi və ya aidiyyat haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Mülki iş üzrə tərəflər aidiyyatla bağlı məhkəməyə ərizə verməsə də, aidiyyat qaydalarının pozulmasına yol verilmədiyindən cavabdehin şifahi xahişi nəzərə alınmaqla, məhkəmə öz təşəbbüsü ilə hazırki mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinin yuxarıda qeyd olunan qanunun tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, başqa məhkəmədə baxılmağa verir. Ona görə də İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 32-ci və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1686/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1686/2023
02.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver