Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1688/2023 24.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən dəymiş maddi ziyana görə 1685 manat, çəkilmiş sair xərc olaraq 500 manat, mənəvi ziyan olaraq 500 manat və dövlət rüsumu hesabına ödənilmiş 47 manat olmaqla cəmi 2732 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə heç bir qohumluq münasibəti yoxdur, düşmənçiliyi də olmamışdır. Cavabdehi bir kəndçi kimi tanımışdır. Belə ki, cavabdeh onun işlətdiyi Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən “Moskva” adlı kafedə ofisiant olaraq işləmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixində saat 13 radələrində iş zamanı onun cibindən 2235 (iki min iki yüz otuz beş) manat pulu götürərək oğurlamışdır. Ona görə də polisə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə pulu oğurlayanın Cavabdeh olması öz təsdiqini tapmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-35/2023 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin hökmdən narazı qalmışdır, çünki Cavabdeh həbs olunsa idi onun pulu ödənilərdi. Ona görə də həmin hökmdən apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsi Tovuz Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Ona məxsus oğurlanmış 2235 manat pulun 550 manatı cavabdehin cibindən tapılmış və polis tərəfindən ona geri qaytarılmışdır. Bu istintaq zamanı maddi sübut kimi istifadə edilmişdir. Bunlar onu sübut edir ki, Cavabdeh onun pulunu ödəməkdən qəsdən yayınır. 1685 manat pul isə ona ödənilmədən qalmışdır. Ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirak etmiş, bir neçə dəfələrlə polis şöbəsində, bir neçə dəfə Tovuz Rayon Məhkəməsində olmuş və üç dəfə də Gəncə Apellyasiya Məhkəməsində olmuşdur. Hesab edir ki, cavabdeh ona 1685 manatdan başqa yenə də maddi ziyan vurmuşdur. Həmçinin Cavabdeh Tovuz Rayon Prokurorluğuna etdiyi müraciətə əsasən ona 3000 manat məbləğində inzibati cərimə yazılmışdır. Tovuz Rayon Məhkəməsi bu inzibati cəriməni təsdiq etmişdir, amma Gəncə Apellyasiya Məhkəməsi bu cəriməni qeyri qanuni hesab edərək Tovuz Rayon Məhkəməsinin qərarını ləğv etmişdir. Cavabdeh bu qeyri-qanuni hərəkətlərinə görə mən dəfələrlə Tovuz RPŞ-də, Tovuz Rayon Məhkəməsində, Tovuz Rayon Prokurorluğunda, Tovuz Rayon Əmək Müfəttişliyi İdarəsində və Gəncə Apellyasiya Məhkəməsində olmuşdur. Bütün bu yol xərcləri üzrə ona 500 manat məbləğində maddi ziyan dəymişdir. Həmin işlərin arxasınca gedib-gəldikcə həmd ə mənəvi ziyan çəkmişdir. Bu mənəvi zərəri də ən azından 500 manat məbləğində qiymətləndirmək olar. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-35/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə cinayət hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə əsasən zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır (CPM-nin 12.2-ci və 87.1-ci maddəsi) Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş materiallarında olan qanuni qüvvəsini almış hökm üzrə təsdiq edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində xidmətçi (ofisiant) kimi işlədiyi Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən İddiaçı məxsus “Moskva” kafesinin həyətində müştərilərin əyləşməsi üçün nəzərdə tutulmuş çardağın altındakı masada əyləşib digər şəxslə nərd oynayan İddiaçı əynindəki şalvarın arxa cibindən pul əskinazlarının yerə düşdüyünü, sonuncunun bundan xəbərsiz olduğunu və diqqətinin nərd oyununa cəmləşdiyini kənardan gördükdə, həmin pul əskinazlarını, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə ətrafda heç kimin onu görmədiyini düşünərək İddiaçı arxa tərəfinə yaxınlaşaraq onun cibindən yerə düşmüş 500 (beş yüz) ABŞ dolları məbləğində, 850 (səkkiz yüz əlli) manat dəyərində və1365 (bir min üç yüz altmış beş) manat məbləğində olmaqla, cəmi 2215 (iki min iki yüz on beş) manat məbləğində pul əşkinaslarını düşdüyü yerdən gizli olaraq götürüb əlində olan məcməyinin içərisinə qoyub oradan kənarlaşmaqla, İddiaçı məxsus cəmi 2215 (iki min iki yüz on beş) manat məbləğində pul vəsaitini oğurlamış, yəni gizli olaraq talamışdır. Maddi sübut kimi tanınmış 550 manat məbləğində nəğd pul vəsaiti zərərçəkmiş şəxs İddiaçı qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehin iddiaçıya 2215 manat məbləğdə maddi ziyan vurması, həmin puldan yalnız 550 manat pulun iddiaçıya qaytarılması təsdiqin tapdığından geri qalan 1665 (2215-550=1665) manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İddia tələbinin geri qalan çəkilmiş və sair xərc olaraq 500 manat və mənəvi ziyanın əvəzi olaraq 500 manat pulun tutulması hissələri ilə bağlı məhkəmə göstərir ki, iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən qeyd olunan hissələr üzrə iddia rədd edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1665 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 47 manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 36,65 manat hissəsinin əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1665 (bir min altı yüz altmış beş) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 47 (qırx yeddi) manat pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 36,65 (otuz altı manat altmış beş qəpik) manat hissəsinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-1688/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1688/2023
24.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver