Məhkəmə qərarları › İş №2(062)-172/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-172/2023

18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-172/2023 18.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı « Oba Market” MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlərə) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakınan (maddi qiymətlərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1435 manat və dövlət rüsumu kimi ödənilmiş 35 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixli 328-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə öz ərizəsi əsasında 269-k saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, OBA mağazasında çalışdığı zaman xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 2728 manat zərər vurması müəyyən olunmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcu 968 manat güzəşt 325 manat şirkətdən alacağı vəsait hesabına qarşılanmış qalıq borc 1435 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsədə, heç bir ödəniş həyata keçirilməmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İddiaçı MMC-nin verdiyi çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə baş satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Əmək haqqı ştat cədvəlinə görə 195 manatdır; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur; Eyni zamanda X1 barədə müqavilə də həmin müqavilənin tərkib hissəsidir. İddiaçı MMC-nin verdiyi çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən cavbdeh Administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə görə 345 manatdır; İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 1435 manat borcu qalmışdır; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvalayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesdab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işin hallarından, o cümlədən iddia tələbinin məzmunundan müəyyən edildiyi kimi iddiaçı öhdəlik və X1 daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində İddiaçı MMC-yə vurulmuş maddi zərərin ödnilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri əmək hüquq münasibətləri nəticəsində yaranmış və bu səbəbdən də mübahisənin həlli baxımından yaranmış hüquq münasibətlərinə Əmək Məcəlləsinin normalarının tətbiqini məhkəmə zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən bəhd edən Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi;mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu ildə 3 ay sınaq müddətinə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra isə onunla bağlanılmış əmək müqaviləsinə dəyişiklik edilərək xx.xx.2019-cu ildə administrator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixdə İddiaçı MMC mağazasında inventarizasiya aparılmış və nəticədə müəyyən çatışmamazlığın olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən isə işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin həmin şirkətdə sonuncu vəzifəsi administrator olmuşdur. O 01 avqust 2019-cu ildən həmin vəzifədə işləmişdir.Aparılmış inventarizasiya nəticəsində müəyyən çatışmamazlığın olması aşkar edilsə də, həmin ziyanın məhz hazırki iş üzrə cavabdeh tərəfindən vurulmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa da cavabdehin satıcı-kassir və ya administrator vəzifəsində işlədiyi müddətdə ziyanın vurulması iddiaçı təşkilat tərəfindən müəyyən edilməmişdir. Belə ki, o həmin şirkətdə ayrı-ayrı vaxtlarda iki vəzifədə işləməklə hər bir vəzifə üzrə fərqli-fərqli məsuliyyət daşımışdır ki, bu da işin həll edilməsi baxımından zəruridir. İddiaçı isə iddia ərizəsinə belə sübutlar təqdim etməməklə, məhkəmə baxışında da hər hansı sübutlar təqdim etməmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Hazırki işdə ziyanın həqiqətən vurulduğu aşkar olsa da təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar