Məhkəmə qərarları › İş №2(062)-172/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-172/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-172/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 235 manat alimentin alınıb xx.xx.2010-cu il təvəllüdlü Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 03 fevral 2023cü il tarixli 2(062)-395/2023 nömrəli qətnaməsinə əsasən birgə nikahlarından 04 may 2010-cu ildə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda Cavabdeh ödədiyi 170 manat məbləğində aliment uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın hazırda xərcləri xeyli artmış və onun maddi vəziyyəti aşağı olduğuna görə uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanması üçün ona əlavə heç bir yardım göstərmir. Cavabdeh fərdi əməklə məşğul olmaqla yüksək gəlir əldə edir və onun öz uşağının saxlanması üçün daha çox yardım göstərə biləcəyi halda bunu etmir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İzahatında göstərdi ki, cavabdehin hər hansı qazancı sübutu yoxdur. Məhkəməy mürsciət etməkdə məqsədi ondan ibarətdir ki, minimum əmək haqqı artdığından o da hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh heç bir yerdə işləmədiyini bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Mülki iş materiallarında olan: Doğum haqqında xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası isə X2r. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-395/2023 saylı qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)- 1409/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi; qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə, tərəfləri dinləyib hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Qeyd edilən Qərarın “8.9-1-ci maddəsnə görə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada, ödənilməli pul məbləğlərinin indeksasiyası qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, mövcud vəziyyətdə alimentin artırılması tələbinə iddia icraatı qaydasında məhkəmədə baxılmasəı yolverilməzdir. Odur ki, iddianın yolverilməzliyinə görə mülki iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (Mülki Prosessual Məcəllənin 262.1, 262.4 və 262.5-ci maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə icraata işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İzah edilir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. İddiaçıya ödənilməli pul məbləğlərinin indeksasiyası qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar