Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1720/2023 04.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 04 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 583 əyar qızıl sep 1,4 qram, 750 əyar qızıl sırğa 3,2 qram, 585 əyar qızıl sep 2,64 qram, 750 əyar qızıl sep 7,11 qram, 585 əyar qızıl bilərzik 4,9 qram olan əşyaların alınıb ona verilməsi və ya dəyəri 1400 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh Tovuz rayonu Xatınlı kəndində qeydiyyatdadır və orada yaşayır. Onunla aralarında müqavilə bağlayaraq 18 may 2019-cu il tarixindən ilkin ödəniş ödənilməklə 1720 manat dəyərində qızıl zinət əşyaları nisyə olaraq satmışdır. İlkin ödəniş kimi cavabdeh 320 manat ödəmişdir. Qalan 1400 manatı issə ödəyəcəyini bildirmişdir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də, o, pulu qaytarmamışdır. Odur ki, cavabdehdən 583 əyar qızıl sep 1,4 qram, 750 əyar qızıl sırğa 3,2 qram, 585 əyar qızıl sep 2,64 qram, 750 əyar qızıl sep 7,11 qram, 585 əyar qızıl bilərzik 4,9 qram olan əşyaların alınıb ona verilməsi və ya dəyəri 1400 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumu alınıb ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş 18 may 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmış, İddiaçı Cavabdeh 583 əyar qızıl sep 1,4 qram, 750 əyar qızıl sırğa 3,2 qram, 585 əyar qızıl sep 2,64 qram, 750 əyar qızıl sep 7,11 qram, 585 əyar qızıl bilərzik 4,9 qram qızıl zinət əşyaları nisyə olaraq satmışdır. Həmin əşyaların ümumi dəyəri 1720 manat etmişdir.Həmin puldan Cavabdeh 320 manat ödəniş etmiş, qalan pulu bu ay ərzində hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş votsap yazışmalarından görünür ki, Cavabdeh borcu olduğunu etiraf etmiş, ödəyəcəyinə söz vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Onunla İddiaçı aralarında müqavilə bağlayaraq İddiaçı 18 may 2019-cu il tarixindən ilkin ödəniş ödənilməklə 1720 manat dəyərində qızıl zinət əşyaları satmışdır. İlkin ödəniş kimi cavabdeh 320 manat ödəmişdir. Qalan 1400 manatı isə hissə-hissə altı müddətinə ödəyəcəyini bildirmişdir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də, o, pulu qaytarmamışdır. Hazırki iddiada iddiaçı əmlakları, yaxud dəyərini tələb edir. İddia tələbi üzrə iddiaçı əşyaların geri qaytarılmasını tələb etsə də, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanıldığından bu mümkün deyildir. Belə ki, tərəflər əvvəlcədən əşyaların nisyə alqı-satqısı barədə razılığa gələrək müqaviləni bu qaydada imzalamışlar. Belə olan halda həmin əmlakların qaytarılması mümkün deyil. Ona görə də iddia qismən təmin edilməli, pulun ödənilməsi hissəsində təmin edilməlidir. İş üzrə maddi hüquq normalarının tətbiqi məsələsinə gəlincə məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsinin tələbləri mövcud olduğundan nisyə alqı-satqı müqaviləsinə aid maddi hüquq normalarının tövsifi ilə mübahisənin həlli həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə olmasa da, tərəflər arasında sadə yazılı müqavilə, həmçinin votsap yazışmaları mövcuddur. Məhkəmə həmin yazışmaları sübut növü kimi qəbul edir. Həmin yazışmalardan da görünür ki, iddiaçı məhkəməyə müraciət edənədək cavabdeh borcunu ödəyəcəyinə təkrar-təkrar söz vermişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1400 manat məbləğində pul və ödənilmiş 34 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddianın qızıl əşyalarının qaytarılmasına aid qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1400 manat pul və 34 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1720/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1720/2023
04.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver