Məhkəmə qərarları › İş №2(062)-1732/2023

Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-1732/2023

07.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1732/2023 07.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər qızınun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, arvadı X1 iştirakı ilə İddiaçı qızınun Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 07 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ondan torpaq satın almasına görə verdiyi behdən 750 manat qalıq borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, arvadı X2 təmsil etmişdir. İddiaçı qızınun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, arvadı X2 iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, əri Səxavət cavabdehin oğlu Eltun Abdıyevi əvvəllərdən tanımışdır. 2020-ci ilin iyul ayında cavabdehin qızı Eltun Abdıyev torpaqlarını satdığını bildirmişdir. Onların razılaşmasına əsasən, beh şəkilində 1000 manat pulu Cavabdeh vermişlər. Cavabdeh və qızı sonradan həmin torpağın sənədlərini düzəldə bilmədiklərini, ona görə də torpağı artıq satmadıqlarını bildirmişlər. Beh şəklində verilən pulu geri istədiklərində az-az 250 manat qaytarmışlar. Lakin qalan pulu hələ də qaytarmamışlar. Polisə də şikayətlə müraciət etmişlər, lakin heç bir xeyri olmamışdır. Odur ki, qalan 750 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, arvadı X2 məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ona görə də, məhkəmənin 07 avqust 2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı qızı Cavabdeh torpaq almaq məqsədilə beh kimi 1000 manat pul vermişdir. Sonradan cavabdeh torpağı satmamışdır. Beh şəklində verilən pulun 250 manatını qaytarmışlar. Cavabdeh qalan borcunu qaytarmağı öhdəsinə götürsə də, ödəməmişdir. İddiaçı borcunu qaytarması üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Tərəflər həmin məbləği beh şəklində verildiyini bildirsələr də, aralarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinin tələblərinə uyğun olaraq yazılı müqavilə mövcud deyil. Belə olan halda məhkəmə həmin məbləği avans kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Beh müqaviləsinin tələblərinə riayət olunmamasının eyni zamanda əksi sübuta yetirilməmişdir. Odur ki, 750 (yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı qızına verilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. 750 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı qızına verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 750 (yeddi yüz əlli) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı qızına verilsin. Cavabdeh bu qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Tovuz Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ərizəyə baxılması müddəti bitdikdən sonra Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar