Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-174/2024 07.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 06 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsində göstərmişdir ki, Unibank” KB ASC-nin 06 may 2022- ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında Unibank” KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 06.05 2022-ci il tarixində 60 ayadək illik 29% ödəmək şərti ilə 300 manat məbləğində kredit vermişdir. Cavabdeh 06.05 2022- ci il tarixdə xxxxxxx saylı ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi intrenet səhifəsində yerləşdirilmiş xx.xx.2012- ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi oferta müqaviləsinin 20.9- cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Bank borcun gecikdirdiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%- i miqdarında cərimə tətbiq edilə bilər Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxraıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayrır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dörvü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 8 sentyabr 2023- cü il tarixinə Unibank” KB ASC-yə əsas borca görə 4716,7 manat, faiz borcuna görə 1310,26 manat, cərimə borcuna görə 94,87 manat olmaqla, cəmi 6121,83 manat məbləğində təşkil edir. Odur ki, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borca görə 4716,7 manat, faiz borcuna görə 1310,26 manat, cərimə borcuna görə 94,87 manat olmaqla, cəmi 6121,83 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar parılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) hüç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borca görə 4716,7 manat, faiz borcuna görə 1310,26 manat, cərimə borcuna görə 94,87 manat olmaqla, cəmi 6121,83 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 81,32 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, təşkilat ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona 60 ay müddətinə, illik 29% ödəmək şərtilə kredit verilmişdir. Həmin məbləğdən müəyyən qədər ödənişlər etmişdir. Əsas borcu qəbul edir. Lakin faizi və cərimə hissədə tələb əsaslı deyildir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə edilmiş ümumi oferta müqaviləsinin 20.9- cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Bank borcun gecikdirdiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%- i miqdarında cərimə tətbiq edilə bilər Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxraıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayrır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb İşə əlavə olunmuş ərizənin surətindən görünür ki, cavabdeh İddiaçının rəsmi internet səhifəsində yerləşdirilmiş 28.12 2012 ci il tarixli , 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və bütün şərtlərlə razıdır İşə əlavə olunmuş bildirişdən görünür ki, iddiaçı təşkilat cavabdehə 4716,7 manat, faiz borcuna görə 1310,26 manat, cərimə borcuna görə 94,87 manat olmaqla, cəmi 6121,83 manat məbləğində borcu olması barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" KB ASC-nin 06 may 2022- ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 06.05 2022-ci il tarixində 60 ayadək illik 29% ödəmək şərti ilə 300 manat məbləğində kredit vermişdir. Cavabdeh 06.05 2022- ci il tarixdə xxxxxxx saylı ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi intrenet səhifəsində yerləşdirilmiş xx.xx.2012- ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi oferta müqaviləsinin 20.9- cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Bank borcun gecikdirdiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%- i miqdarında cərimə tətbiq edilə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxraıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayrır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dörvü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 8 sentyabr 2023- cü il tarixinə Unibank” KB ASC-yə əsas borca görə 4716,7 manat, faiz borcuna görə 1310,26 manat, cərimə borcuna görə 94,87 manat olmaqla, cəmi 6121,83 manat məbləğində təşkil edir. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 4716,7 manat əsasə, faiz borcuna görə 1310,26 manat, cərimə borcuna görə 94,87 manat olmaqla, cəmi 6121,83 manat və 0,40 manat xidmət haqqı alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının ödədiyi 81,32 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4716,7 manat əsas, faiz borcuna görə 1310,26 manat, cərimə borcuna görə 94,87 manat olmaqla, cəmi 6121,83 manat və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 6122,23 manat alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddiaçının ödədiyi 81,32 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" KB ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-174/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-174/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver