Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1793/2024 18.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Müstəqil tələblər irəli sürməyən üşünçü şəxs (eyni zamanda cavabdehin nümayəndəsi) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından 29 avqust 2011-ci ildə anadan olmuş Əsmər adlı uşağın saxlanılması üçün müəyyən olunmuş aliment məbləği artırılaraq cavabdehdən hər ay 235 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh ilə el adəti qaydasında evlənib nikhlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 avqust 2011-ci ildə Əsmər adlı uşaqları anadan olmuşdur. Məhkəmə qaydasında nikahları pozulmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-2514/2019 saylı qətnaməsinə əsasən birgə yaşayışlarından anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin cavabdeh vaxt-vaxtında ödəmir. O uşağın saxlanılmasında əziyyət çəkir.Uşağın xərcləri artmışdır. Cavabdeh isə uşağın saxlanmasında əlavə heç bir yardım göstərmir. Ona görə də, birgə nikahlarından 29 avqust 2011-ci ildə anadan olmuş Əsmər adlı uşağın saxlanılması üçün müəyyən olunmuş aliment məbləği artırılaraq cavabdehdən hər ay 235 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, qızı heç bir yerdə işləmir. Maddi vəziyyəti ağırdır. Uşağın tələbatları artıb. Cavabdeh əlavə heç bir yardım göstərmir. Qızı 4 ildir ki, evlidir və uşaq anasının yanındadır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçünçü şəxs (cavabdehin nümayəndəsi) X4 bildirdi ki, onun cavabdehlə üç övladı var. Onlardan biri qüsurludur. Maddi imkanı zəifdir. İddiaçı başqa şəxslə evlidir və uşaq nənəsinin yanındadır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(062)-2514/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 130 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından və yaşayışlarından xx.xx.2015-ci il tarixdə Müzəffər, xx.xx.2018-ci il tarixdə Mətin və xx.xx.2020-ci il tarixdə Məryəm adlı övladları anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2016-cı ildə nikah bağlamış və bu nikah Tovuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli, 448 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə anadan olmuş Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə alimentin məbləğini artırarkən cavabdehin digər nikahdan uşaqlarının olmasını nəzərə alır. Məhkəmə alimentin məbləğini 50 manat həddində artırarkən onu da nəzərə alır ki, iddiaçının yanında olan uşaqdan fərqli olaraq digər uşaqlar ata qayğısı ilə tam əhatələnib. Eyni zamanda işdən görünür ki, alimentin məbləği 130 manat müəyyən edildikdən 5 ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində iqtisadisosial göstəricilər dəyişilmiş, istehlak səbəti artmaqla, uşaqların yaşayış minimumu da artrmışdır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(062)-2514/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2011-ci ildə anadan olmuş Əsəmr adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 235 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 180 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 50 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 600 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.Ona görə də Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(062)-2514/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2011-ci ildə anadan olmuş Əsmər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 30 (otuz) məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1793/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1793/2024
18.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver