Məhkəmə qərarları › İş №2(062)-1809/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1809/2023

04.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1809/2023 04.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Tovuz Regional X1 Cavabdeh qarşı «vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tovuz Regional X3 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Tovuz Regional X1 nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh ödəniş etmiş, ziyanı tam ödəmişdir. İddiadan imtina edir. Ona görə də hazırkı işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Tovuz Regional X1 iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İşdə olan ərizədən məlum olur ki, iddiaçı Tovuz Regional X3 Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair məhkəmədə qaldırdığı iddiadan imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İşdən göründüyü kimi iddiaçı Tovuz Regional X3 məhkəməyə ərizə verərək, iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının iddiadan imtina etməsi üçüncü şəxslərin mənafeyinə toxunmur. Ona görə də, Tovuz Regional X1 iddiadan imtinası qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Tovuz Regional X1 Cavabdeh qarşı «vurulmuş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar