Məhkəmə qərarları › İş №2(062)-190/2023

Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-190/2023

30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-190/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 170 manat ərzağa olan borcu, 140 manat əmək haqqı, cəmi 310 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işə qiyabi icraat qaydasında baxılmasına dair qərardad qəbul etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu Bayramlı kəndində yaşayır. O, təxminən iki il bundan qabaq Tovuz rayonunda Cavabdeh işlədiyi kafeyə aşpaz kimi işə düzəlmişdir. Orada o, gündəlik 20 manat müqabilində çalışırmış. İşin gedişindən o, Cavabdeh təklif etmişdir ki, kafe üçün lazım olan ərzağı bazardan deyil, ondan yəni öz həyətyanı sahəsində becərdiyi məhsuldan alsın. O, da onunla razılaşmışdır. O, kafe üçün lazım olan pendir, yumurta, kartof gətirmişdir. Ödənişi isə sabah verəcəyini demişdir. Sabahı gün isə sonra verəcəyini bildirmişdir. Təxminən 170 manat təkcə arağa borcu qalmışdır. Bundan başqa o, 7 günlük gündəlik əmək haqqı da verməmişdir. Həmin pulları tələb etsə də, əvvəllər verəcəyini bildirmiş, sonradan isə ona pulu verməyəcəyini və istədiyi yerə şikayət etməsini bildirmişdir. Əlində subutları vardır və şahid ifadələri olacaqdır. O, öz alın təri ilə işləyən zəhmətkeş bir kəndli adamdır. Ailəsini o, dolandırır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, şahif idafəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı yaxından tanıyır. İslam onun da kafesində kababçı işləmişdir. O İslamı öz kafesinə dəvət edəndə İslam ona bildirmişdir ki, o Zöhrabdan pulunu ala bilmir. O ona bildirdi ki, onun 170 manat ərzağa olan borcunu, 140 manat da əmək haqqını ala bilmir. Məhkəmə qeyd edir ki, şahid ifadəsi ilə də müəyyən edilmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı 310 manat məbləğində pulunu özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi işə baxılarkən cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, iddiaya qarşı hər hansı münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 310 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 310 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qevvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar