Məhkəmə qərarları › İş №2(062)-197/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-197/2023

09.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-197/2023 09.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçünçü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12900 manat məbləğdə pul və 130 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 BMW minik markalı 10LD-745 dövlət qeydiyyat nişanlı avtomaşınını qohumu X10 məxsus olan 2015-ci il buraxılışlı NİVA markalı avtomaşınla dəyişdirmişdir. X2 BMW minik markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair ona baş etibarnamə vermişdir. BMW minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşını almaq qərarına gəlmişdir. Bu fikrini Cavabdeh bildirdikdə o, ona məxsus olan avtomaşını sataraq ona salondan avtomaşın götürə biləcəyini bildirmiş və həmin avtomaşına dair ondan baş etibarnamə almışdır. Aradan bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh ondan xəbərsiz ona məxsus avtomaşını X12 ilə başqa avtomaşınla dəyişmişdir. Bu barədə Cavabdeh ilə danışdıqda X6 götürdüyü NİVA markalı avtomaşının daha tez satılacağını bildirdi. Sonradan Cavabdeh telefonlarını söndürdü. Bundan sonra X1 Gülməmməd Məhəmməd oğlundan onun adına baş etibrnamə alaraq ona məxsus olan BMW minik markalı **-LD-*** dovlət qeydiyyat nişanlı avtomaşını öz həyat yoldaşı X7 adına alqı-satqı edib və sonuncunun adına sənədləşdirmişdir. Həmin alqı-satqı müqaviləsində ona məxsus olmuş BMW minik markalı **-LD-*** dövlət qediyyat nişanlı avtomaşının qiyməti 12900 manat qeyd edilmişdir. Hazırda onun qanuni əsaslarla, yəni dəyişmə yolu ilə aldığı avtomaşını Cavabdeh qanunsuz əməlləri nəticəsində özgənikləşdirilmişdir. Belə olan halda ona avtomaşının alqısatqı müqaviləsində qeyd edilən dəyəri miqdarında zərər dəymişdir. Hesab edir ki, həmin zərər Cavabdeh alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, Etibara 6000 manat pul vermişdir. Etibar pulunu qaytarmadığından o Etibardan pulun əvəzinə etibarnamə ilə avtomobili əldə etmişdir. Avtomobilin mülkiyyətçisi İmamverdiyev Gülməmməd olmuş, o Etibara etibarnamə vermiş, daha sonra isə avtomobili Gülməmmədin verdiyi etibarnamə əsasında idarə etmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçünçü şəxs X13 məhkəmə iclasında iştirak edərək izahatında göstərdi ki, Gülməmməd İmamverdiyevin mülkiyyətində olan avtomobil ondan alıq-satqı yolu ilə alınmış, hazırda həmin avtomobilin mülkiyətçisidir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, BMW 745 markalı, dövlət qeydiyyat nişanı ** LO ***, 2002-ci il buraxılışlı minik avtomobilinin mülkiyyətçisi X3 olmuş, o 22 oktyabr 2021-ci ildə X16 bir illik müddətə etibarnamə vermiş, etibarnamə qüvvədə olduğu müddətdə 07 may 2022-ci ildə isə X3 22 oktyabr 2022-ci ilədək Cavabdeh etibarnamə verilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh ondan xəbərsiz avtomobili X14 ilə başqa avtomobillə dəyişmişdir. O avtromobilin dəyişdirilməsi nəticəsində ona dəymiş ziyanı tələb edir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Cavabdeh avtomobilin mülkiyyətçisi X3 tərəfindən verilmiş etibarnamə əsasında hərəkət etmişdir. Avtomobilin hazırki mülkiyyətçisi isə X14 yox, X9r ki, o da alqı-satqı müqaviləsini mülkiyyətçi olmuş X3 ilə bağlanılmışdır. Belə olduğu halda məhkəmə onu qeyd edir ki, iddiaçı ona dəymiş ziyanla bağlı hazırki iş üzrə cavabdehə qarşı iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. Subyektiv hüquqa malik olsa da belə iddiaçı ziyanın dəyməsinə dair sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X11 cavabdeh X15 qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı « pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar