Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1976/2024 23.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 23 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" KB ASC-nin 06 sentyabr 2022- ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında Unibank” KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 06.09 2022-ci il tarixində 35 ayadək illik 28% ödəmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır.Ümimi oreta müqaviləsinin 5.7.15- ci maddəsinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtətəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayrır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləs üzrə 05 dekabr 2023- cü il tarixinə 4999.07 manat əsas, 1379,13 manat faiz, 111,68 manat cərimə cəmi 6489,88 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edlməsi barədə danişiqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də cavabdehdən 4999.07 manat əsas, 1379,13 manat faiz, 111,68 manat cərimə cəmi 6489,88 manat borcun və 84,90 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh rəsmi məhkəmə bildirişi göndərilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İşə lavə olunmuş 5470sNARb/22 saylı xx.xx.2022-ci il tarixli kredit xətt müqviləsindən görünür ki, iddiaçı təşkilat 35 ay müddətinə xx.xx.2025- ci il tarixinədək 28 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit xətti ayrırı və borcalan isə kredit xəttindən məqsədli təynatına uyğun istifadə etməyi və krediti müəyyən olunmuş müddətdə faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür, kredit məbləği borcalanın ödəniş kartına köçürülür. İşə əlavə edilmiş ümumi oferta müqaviləsinin 20.9- cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Bank borcun gecikdirdiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%- i miqdarında cərimə tətbiq edilə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxraıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayrır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb İşə əlavə olunmuş ərizənin surətindən görünür ki, cavabdeh iddiaçının rəsmi internet səhifəsində yerləşdirilmiş 28.12 2021- ci il tarixli , 01U/21 saylı ümumi oferta ilə tanış olmuş və bütün şərtlərlə razılaşmışdır. İşə əlavə olunmuş bildirişdən görünür ki, iddiaçı cavabdehi 4999.07 manat əsas, 1379,13 manat faiz, 111,68 manat cərimə olmaqla, cəmi 6489,88 manat borcun olması barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, "xxxx" KB ASC-nin 06 sentyabr 2022- ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində 35 ayadək illik 28% ödəmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır.Ümimi oreta müqaviləsinin 5.7.15-ci maddəsinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtətəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayrır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləs üzrə 05 dekabr 2023- cü il tarixinə 4999.07 manat əsas, 1379,13 manat faiz, 111,68 manat cərimə olmaqla, cəmi 6489,88 manat borcu yaranmışdır. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 6009,25 manat əsas, faiz borcuna görə 429,24 manat, cərimə borcuna görə 111,68 manat olmaqla, cəmi 6489,88 manat alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının ödədiyi dövlət rüsumunun 84,90 manatı cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6009,25 manat əsas, faiz borcuna görə 429,24 manat, cərimə borcuna görə 111,68 manat olmaqla, cəmi 6489,88 manat alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1976/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1976/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver