Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-204/2023 10.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1334 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, heyvandarlıqla məşğul olur. Təxminən iki ay bundan əvvəl heyvanlar üçün qışlaq yeri axtarırmış, iki nəfər Tovuz rayonu Qovlar şəhəri ərazisində uyğun yeri olduğunu bildirmişlər. O və digər iki nəfər həmin yeri icarəyə götümək qərarına gəlmişlər. Həmin yaylaq yerinin sahibi Tovuz rayonu Dönük Qırıqlı kənd sakini Cavabdeh ilə razılaşdığına əsasən yaza qədər sözügedən ərazini istifadəyə götürmüşdür. Bunun müqabilində isə onun payına düşən 1334 manat pul ödəmişdir. Bir müddət sonra təxminən bir ay sonra baxmışdır ki, o və digər iki nəfərin ümumilikdə 300 baş heyvanlarının həmin yaylaq yerində yaza çıxması mümkün deyil və o 90 baş heyvanını riskə atmamaq üçün razılaşmadan geri çəkilmək qərarına gəlmişdir. İcarəçiyə qərarını bildirmiş, ödədiyi pulu geri istəyəndə onu get-gələ salmışdır. Sonuncu dəfə ona pulu geri qaytarmağjnı bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında göstərdi ki, o, İddiaçı aldığı 1500 manat pul üç nəfərin puludur. İddiaçı həmin yerdən istifadə etməsə də, digər iki nəfər həmin yerdən istifadə edir. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatılarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edildi ki, həqiqətən də cavabdeh otlaq sahəsindən istifadə ilə bağlı iddiaçıdan 1500 manat pul almasını etiraf etmişdir. Cavabdeh iddia edir ki, həmin 1500 manat pulu iddiaçıdan alsa da, pul digər iki nəfərin pulu olmuş və Eyvaz həmin otlaq sahəsindən istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətləri yaranmamış, cavabdeh iddiaçıya məxsus pulu hər hansı hüquqi əsas olmadan özündə saxlamaqda davam edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, 1334 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan 33 manat 34 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1334 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. 33 manat 34 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-204/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-204/2023
10.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver