Məhkəmə qərarları › İş №2(062)-2061/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2061/2024

07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2061/2024 07.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 25 aprel 2011-ci il tarixdə anadan olmuş Sahilin və 20 fevral 2013-cü ildə anadan olmuş Seyhunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat miqdarında alimentin alınaraq ona veriməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 mart 2010-cu ildə evlənib ailə qurmuşlar. Birgə nikahlarından 25 aprel 2011-ci ildə Sahil və 20 fevral 2013-cü ildə Seyhun adlı uşaqları anadan olmuşdur.Cavabdehlə aralarında yaranan narazılığa görə ayrılmışlar. Uşaqlar onun yanındadır. Tovuz Rayon Məhkəməsini qətnaməsinə əsasən uşaqların atalığı müəyyən olunmuş və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 masnat aliment təyin edilmişdir.Müəyyən olunmuş alimentlə uşaqların maddi təminatına kifayət etmir. Ona görə də, Ona görə də, Cavabdeh 25 aprel 2011-ci il tarixdə anadan olmuş Sahilin və 20 fevral 2013-cü ildə anadan olmuş Seyhunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər uşaq üçün 235 manat, olmaqla, cəmi 470 manat miqdarında alimentin alınaraq ona veriməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Tovuz Rayon Məhkəməsinin 2015-ci ildə 100 manat 2018-ci il tarixdə isə 120 manat müəyyən edilmişdir. Lakin Tovuz Rayon Məhkəməsinin 2018-ci il tarixdə qəbul edilmiş qətnaməsi onda yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddianın izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, iş üzrə İddiaçı iddia tələbində Tovuz Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılmasını xahiş etsə də, iddia ərizəsinə həmin qətnaməni əlavə etməmişdir.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin tam və düzgün araşdırılması üçün bütün məlumatlar düzgün təqdim olumalıdır. Lakin iddiaçı iddia ərizəsini düzgün tərtib etməmiş və lazımı sənədləri təqdim etməmişdir. Qeyd edilən nöqsanları aradan qaldırılması üçün iddiaçıya vaxt verilmiş, lakin İddiaçı həmin noqsanları aradan qaldırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin nöqsanın aradan qaldırılması üçün iddiaçıya şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Ona görə də hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149.2.3, 259.0.12, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar