Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2093/2025 24.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, ərizəni nəzərdən keçirərək, müəyyən etdim: İddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Elektron qaydada verilmiş elektron iddia ərizəsindən görünür ki, cavabdehə aid məlumatlar qrafası natamamdır. Belə ki, cavabdeh kimi X1 qeyd edilsə də, ərizədə onun FİN nömrəsi üzrə axtarış aparılarkən həmin FİN nömrənin sahibinin Hüseyniv deyil Həsənov soyadlı biri olduğu müəyyən edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, verilmiş pul lombard krediti olmasına baxmayaraq iddiaaçı iddia icraatı qaydasında tutmanın girov predmetinə yönəldilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməmişdir. Belə olduğu halda iddiaçı sadələşdirilmiş iddia qaydasında məhkəməyə müraciət edilməsi yol verilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinə əsaslanaraq, QƏRARA ALDİM: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə ümumi qaydada Tovuz rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2093/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2093/2025
24.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver