Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2103/2023 03.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Tovuz Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(062)-241/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq cavabdehlə birgə qeyri-rəsmi nikahlarından anadan olmuş 24 may 2010-cu il təvəllüdlü X4 adlı uşağının saxlanılması üçün 220 manat məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(062)-241/2015 saylı qətnaməsinə əsasən cavabdehlə birgə qeyrirəsmi nikahlarından 24 may 2010-cu il tarixdə anadan olmuş Nailə adlı uşağının saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 80 manat məbləğində alimentin alınaraq ona verilməsini qət edilmişdir. Uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh uşağın saxlanılması üçün ona heç bir maddi və mənəvi köməklik göstərmir. Hazırda təyin olunmuş aliment məbləği uşağın saxlanılması üçün kifayət etmir. Ona görə də, Tovuz Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(062)-241/2015 saylı qətnaməsinin məbləğinin artırılaraq qeyri-rəsmi nikahlarından anadan olmuş 24 may 2010-cu il təvəllüdlü X4 adlı uşağının saxlanılması üçün hər ay bir uşaq üçün 220 manat məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 bildirdi ki, Cavabdeh maddi imkanı zəifdir. Həmçinin onun yeni ailəsindən iki nəfər az yaşlı övladları vardır. Ona görə də, nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, o iddia ərizəsində Tovuz Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(062)-241/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etsə də, əslində məhkəmənin sonuncu qətnaməsi 18 iyun 2019-cu ildə müəyyən edilmişdir. Həmin qətnamə ilə alimentin miqdarı 140 manat müəyyən edilmişdir.Odur ki, Tovuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq alimentin miqdarının 220 manat müəyyən edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(062)-1438/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh tutulan alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanıması üçün İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 241/2015 saylı qətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşağın saxlanılması üçün hər ay 80 manat aliment tutularaq İddiaçı xeyruinə verilməsui qət edilmişdir. Bundan sonra Tovuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(062)-1438/2019 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanıması üçün İddiaçı verilməsi qət olunmuşdur. Hazırda iddiaçı müəyyən edilmiş alimentin miqdarının az olması üçün səbəbli uşağın ehtiyaclarını təmin edə bilmədiyindən alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin nikahından xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(062)-1438/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmalıdır. Məhkəmə iddianın göstərilən həddə təmin edilməsini qanuna müvafiq hesab etmir. Belə ki, “AZEMİS”Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehin başqa nikahdan da Nail və Davud adlı uşaqları vardır. Məhkəmə hesab edir ki, alimentin göstərilən həddə təmin edilməsi həmin uşaqların mənafeyinə uyğun olmayacaqdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər bir uşaq üçün 170 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 30 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissə illik məcmusu 360 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. "Dövlət rüsumu haqqında" Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatadək 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(062)-1438/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2103/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2103/2023
03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver