Məhkəmə qərarları › İş №2(062)-2117/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2117/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2117/2023 11.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Tovuz şəhərində 11 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli bank hesabı və universal debit kart müqaviləsinə əsasən, bank müştəriyə istifadə etmək məqsədi ilə debit kartı və şen kod verməyi, həmin karta bağlı cari bank hesabı açmağı və hesab üzrə əməliyyatları icra etməyi, müştəri isə kartın dəyərini və bankın kart üzrə göstərdiyi ayrı-ayrı xidmətlərə görə xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. 12 iyun 2023-cü il tarixədək 7631,03 manat banka məxsus pul cavabdeh tərəfindən mənimsənilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcu könüllü ödəməkdən imtina edir. Hazırda cavabdehdən 7631,03 manat məbləğində kredit borcu və 96,32 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İşə əlavə olunmuş 29 aprel 2022-ci il tarixli bank hesabı və universal debit kart müqaviləsindən görünür ki, bank müştəriyə istifadə etmək məqsədi ilə debit kartı və şen kod vermyi,həmin karta bağlı cari bank hesabı açmağı və hesab üzrə əməliyyatları icra etməyi, müştəri isə kartın dəyərini və bankın kart üzrə göstərdiyi ayrı-ayrı xidmətlərə görə xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş qəbzdən və xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borclarının ödənilməsi barədə bildiriş göndərilmişdir. İşə əlavə olunmuş pretenziyadan görünür ki, iddiaçı təşkilat Cavabdeh banka olan borcunun ödəməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli bank hesabı və universal debit kart müqaviləsinə əsasən, bank müştəriyə istifadə etmək məqsədi ilə debit kartı və şen kod verməyi, həmin karta bağlı cari bank hesabı açmağı və hesab üzrə əməliyyatları icra etməyi, müştəri isə kartın dəyərini və bankın kart üzrə göstərdiyi ayrı-ayrı xidmətlərə görə xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. 12 iyun 2023-cü il tarixədək 7631,03 manat banka məxsus pul cavabdeh tərəfindən mənimsənilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcu könüllü ödəməkdən imtina edir. Cavabdehdən 7631,03 manat alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Cavabdeh 7631,03 manat borc və 96,32 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7631,03 manat əsassız varlanma əsasında əldə olunmuş pul və 96,32 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündə 1 (bir) ay müddətinə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar