Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2221/2023 04.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məmmədəliyev Habil Hamlet oğlunun katibliyi, Cavabdeh1 Muruz qızının iştirakı ilə, İddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nın nümayəndəsi məhkəməyə müraciət edərək 17 fevral 2021ci il tarixdə "xxxx" MMC-ti ilə Cavabdeh1 arasında 01681 saylı kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3650,92 manat əsas, 380,91 manat əsas məbləğində hesablanmış faiz və 7,00 manat cərimə borcu olmaqla, cəmi 4038,83 manat dövlət rüsumunun tutaraq "xxxx" MMC-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Muruz qızı bildirdi ki, iddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə yekun məhkəmə aktı var ona görə dıə işə xitam verilməsi barədə qərardad cıxarılmasını xahiş etdi. İddiaçı "xxxx" MMC-yə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-cı maddəsini rəhbər tutaraq mülki işə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-1150/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, İddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə qətnamə çıxarılmışdır. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1150/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə qətnamə çıxarılmış və təmin olmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.2, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2221/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2221/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver