Məhkəmə qərarları › İş №2(062)-2240/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2240/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2240/2024 09.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ərizəsində göstərmişdir: Birgə nikahdan iki uşaqları doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-94/2020 nömrəli qətnaməsinə əsasən aralarında bağlanılmış nikah pozulmuş və hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.O uşaqların sosial xərclərini ödəyə bilmir. Özü heç bir yerdə işləmir. Ona görə də alimentin artırılaraq bir uşaq üçün 235 manat müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı ildə doğulmuş Nuray və xx.xx.2018-ci ildə doğulmuş Gülnarə anasının himayəsndə saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh o Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbdə müəllim işləməklə əmək haqq 450 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-94/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh bir uşaq üçün hər ay 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin daha çox gəlirləri barədə sübut təqdim edilmədiyindən iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, işdən görünür ki, cavabdehin qazancı 450 manatdır. Alimentin daha artıq miqdarda təmin edilməsi üçün yetərli sübutlar mövcud deyildir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşaq üçün 180 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi bir uşaq üçün 50 manat, cəmi 100 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 1200 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir.Ona görə də Cavabdeh 32 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-94/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq bir uşaq üçün 180, cəmi 360 manat məbləğində müəyyən edilsin. Cavabdeh xx.xx.2016-cı ildə doğulmuş Nuray və xx.xx.2018-ci ildə doğulmuş Gülnarə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 180 (yüz səksən yüz) manat, cəmi 360(üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada çatdırıldığı gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar