Məhkəmə qərarları › İş №2(062)-2264/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2264/2025

11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2264/2025 11.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünü araşdıraraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsasəlandırılmışdır ki, Cavabdeh Səftər oğlu ilə el adəti ilə evlənib ailə qurmuşlar. Nikah xx.xx.2014-cü ildə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə Mənzurə və xx.xx.2016-cı il tarixdə Ramal adlı uşağları anadan olmuşdur. Tovuz Rayon məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(062)-2089/2024 saylı qətnaməsi ilə uşağın saxlanması üçün hər ay hər uşaq üçün 140 manat, aliment qət edilmişdir. Cavabdeh tərəfindən övladının saxlanması üçün ödənilən alimentin məbləği uşağlara baxmağın, eyni zamanda onun artan sosial və digər xərcləri üçün kifayət etmir. Hal-hazırda uşaqları təkbaşına böyüdür və aliment hesabına uşağın ehtiyaclarını qarşılayır. Yaşına münasibətdə ildən-ilə artan xərcləri də ona uyğun olaraq artmaqdadır. Buna görə də sabit pul məbləğində tutulan aliment miqdarının yenidən hesablanmasıindeksasiya edilməsinin uşağını təkbaşına böyüdən bir ana olaraq uğaqların ildən-ilə artan xərclərinin qarşılanmasında ona müəyyən qədər kömək edəcəyini düşünür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.4-3-cü maddəsinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmaqla MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi icraata qəbul etməkdən imtina edilsin. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar