Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-230/2023 14.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 71 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi üç ilə yaxın müddətdir ki, bir hərbiçi kimi tanımışdır. Cavabdeh ondan 5000 manat almışdır. Cavabdeh həmin pulu 22 oktyabr 2022-ci il tarixdə qaytaracağını öz öhdəsinə götürmüşdür. Bununla bağlı ona yazılı ərizə də təqdim etmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin pulu qaytarmır. Dəfələrlə bununla bağlı cavabdehə müraciət etməyinə baxmayaraq bir neçə dəfə ona video göndərərək pulunu qaytaracağını bildirmişdir. Həmin vaxt çatdıqdan sonra cavabdehin ona bəlli olan nömrələrinin heç birinə zəng çatmamışdır. Bundan sonra Muraz atası Şahniyar ilə ***-***-**-** sylı mobil nömrə ilə əlaqə saxlamışdır. Onunla söhbətində bildirmişdir ki, oğlu Murğuzun ona 5000 manat borcu var, ancaq həmin borcu qaytarmır. Əvvəl demişdir ki, pulu qaytaracaq. Sonra atası da pulu qaytarmağı oğlunun problemi olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş sadə yazılı şəkildə tərtib edilmiş qəbzdən görünür ki, Məmmədov X5 rayon sakini İddiaçı xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğində borc pul almış, xx.xx.2022-ci il tarixədək qaytamağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan diskdəki video çəkilişdən görünür ki, həqiqətən də Cavabdeh İddiaçı 5000 manat pul almasını təsdiq etmişdir. Məhkəmə həmin video görüntüləri işdə olan cavabdehə məxsus şəxsiyyət vəsiqəsindəki şəxsə məxsus görüntü ilə eyniləşdirərək onu qeyd edir ki, iş materiallarında həmin video görüntüdəki şəxsin başqa şəxs olmasını inkar edən hallar mövcud deyildir. Eyni zamanda iş materiallarında olan aktın da mötəbərliyini şübhə altına alan hər hansı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İşin hallarından göründüyü kimi tərəflər arasında belə bir sənəd tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, X1 Məhəmməd Qabil oğlundan xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində borc pul almış, xx.xx.2022-ci il tarixədək öhdəliyi icra edəcəyini üzərinə götürmüş, buyna baxmayaraq Cavabdeh həmin məbləği hələ də İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5000 manat məbləğində pul və 71 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5000 manat məbləğində pul və 71 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-230/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-230/2023
14.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver